Accessibility links

Günəş enerjisi ilə çalışan təyyarənin uğurlu tarixi sınağı


Günəş enerjisi ilə çalışan təyyarə ABŞ boyu tarixi səfərini başa vurub.

Eksperimental "Solar Impulse" təyyarəsi dünən gecə saatlarında Nyu-Yorkun Con F. Kennedi Beynəlxalq Hava Limanına enib. Təyyarənin sol qanadında gözlənilməz dəlik aşkar ediləndən sonra enmə planlaşdırılandan 3 saat tez baş tutub. Təyyarənin missiya heyəti deyib ki, nə pilot, nə də təyyarə təhlükədə olmayıb və bütün hallarda təyyarə vaxtından əvvəl eniş həyata keçirəcəkdi.

Heyət bu dəliyi pilot Andre Borşberqin məharətlə dəf etdiyi maneə adlandırıb.

11 min Günəş paneli ilə çalışan İsveçrə istehsalı "Solar Impulse" ABŞ səfərinə may ayının əvvəli San Fransiskodan başlayıb və Nyu-Yorka çatmamışdan əvvəl 5 şəhərdə dayanıb.

İki ay davam edən bu missiya 2015-ci ildə təyyarənin daha güclü modeli ilə dünya səfərinə çıxmaq planı üçün mühüm test idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG