Accessibility links

Güneydə türk fəallara qarşı basqılar artıb


Babək Qalasında tutulan fəallar
Babək Qalasında tutulan fəallar

Hüquq müdafiəçiləri son vaxtlar İran Azərbaycanında milli fəallara qarşı basqıların artdığını bildirirlər. Keçən bir neçə gün ərzində Şərqi Azərbaycan vilayətində 15-dən artıq fəal nəzarət altına alınmış və ya İnqilab Məhkəmələrinə çağrılıb.

İnsan haqları qrupları və xəbər saytları iyunun 30-da Qaradağ bölgəsində yerləşən Babək Qalasında təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınan 13 vətəndaşın adını açıqlayıblar.

Tutulanlar Babək Qalasında təşkil olunmuş və milli tələblərin gündəmə gətirildiyi bir mərasimə qatılmışdılar. İştirakçılar Tehranın Evin həbsxanasında aclıq aksiyası keçirən fəal Siyamək Mirzayiyə dəstək məzmunlu plakatlar nümayiş etdiriblər.

Şərqi Azərbaycan, Babək Qalası - 30 iyun 2017
Şərqi Azərbaycan, Babək Qalası - 30 iyun 2017

Yayılan məlumata görə, nəzarət altına alınanlardan Araz Qaradaği, Məhəmməd Mərdi, Həsən Qaradaği, Rza Ağayi və Səccad Sıdqi 24 saat sonra sərbəst buraxılıblar.

Dörd digər fəal o cümlədən, Milad Əkbəri, Rahim Zarei, Hamid Veraci və Rahim Novruzi Əhər həbsxanasına köçürülüblər. İnqilab Məhkəməsi onları müvəqqəti sərbəst buraxmaq üçün mülki zəmanət tələb edib.

Tutulanlardan Murtaza Pərvin və Əkbər Cahangirinin Təbrizin Ettelaat həbsxanasına göndərildiyinə dair məlumat yayılıb. Güney Azərbaycan Televiziyası (Günaz TV) və AZOH kimi veb səhifələr bu iki fəalın işgəncəyə məruz qaldığını bildiriblər.

Şərqi Azərbaycan, Babək Qalası - 30 iyun 2017
Şərqi Azərbaycan, Babək Qalası - 30 iyun 2017

İran Azərbaycanına dair məlumat yayan internet portalları həmçinin bir neçə türk fəal o cümlədən, Əkbər Əbulzadə, Süleyman Kazımi və Hamid Allahverdipurun İnqilab Məhkəməsinə çağrıldıqlarını bildirir.

XS
SM
MD
LG