Accessibility links

Babək qalasına çıxmağa çalışan 6 güneyli fəal saxlanılıb


babək qalası - milli fəallar
babək qalası - milli fəallar

Bu gün Kəleybər şəhərində Babək qalasının ətəyində 6 güneyli fəal təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb. Saxlanılanlar Abbas Şadmənd ( Kəleybərli), Əkbər Əbulzadə( Əhərli), Fərdin Muradpur( Təbrizli), Behzad Əbdi ( Əhərli) , Məhəmməd Rəşidi ( Xiyavlı - Meşkin şəhr) və Qasım Dəştidir ( Əhərli).

Oyan News-un məlumatına görə, adı çəkilən fəallar Babək qalasına gedərkən qalanın ətəyində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Amerikanin Səsinin əldə etdiyi məlumata əsasən nəzarət altına alınan Abbas Şadmənd Ettelaat məmurları tərəfindən döyülərək bir neçə dişi sındırılıb və dodaqları partladılıb. Qasım Dəşti isə bir neçə saat nəzarətdə saxlandıqdan sonra azadlığa buraxılıb.

Onların saxlanma səbəbi və harada olduqları barədə hələlik dəqiq məlumat yoxdur.

Adı çəkilən fəallar daha öncə də milli və mədəni fəaliyyətləri səbəbilə bir neçə dəfə həbs ediliblər.

XS
SM
MD
LG