Accessibility links

Güneyli fəallar May hadisələrinin ildönümündə Ağ Ev qarşısında aksiya keçirib 


Mayın 21-i paytaxt Vaşinqton və ətraf ştatlarda yaşayan bir qrup güneyli fəal 2006-cı ildə Güney Azərbaycanda mayın 22-də baş vermiş hadisələrin ildönümü münasibətilə Ağ Evin qarşısında etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları "Güney Azerbaycan İran deyil", "İran sadəcə farsların deyil", "Ana dilində təhsil", "Siyasi məhbuslara azadlıq", "Güney Azerbaycana azadlıq" kimi şuarlar səsləndiriblər.

Güneyli fəallar 22 May hadisələri zamanı həyatını itirən insanların şəkilərini tutublar. Aksiya zamanı fəalların əllərində üzərində şuarlar yazılmış plakatlar da olub.

Ağ Ev qarşısında aksiyanın sonunda güneyli fəal Rəhim Şahbazi 2006-cı il Güney Azərbaycanda mayın 22-i hadisələrinin 11-ci ildöünümü münasibətilə qəbul edilmiş bəyanatı oxuyub.

2006-ci ilin mayın 12-də İran dövlətinin rəsmi mətbuat orqanı olan İran jurnalında Azərbaycan türklərini aşağılayan karikaturalar Azərbaycan şəhərlərində böyük etiraz nümayişlərinə səbəb olmuşdu.

İran hakimiyyəti irqçı karikaturaya qarşı keçirilmiş kütləvi etiraz aksiyalarına sərt təpki göstərmiş, Sulduz (Nəğədə), Təbriz, Urmiyə və Xiyav kimi şəhərlərdə bir neçə etirazçı İran polisi tərəfindən açılan atəş nəticəsində öldürülmüşdür.

Amnesty International təşkilatı may hadisələrində dinc nümayişçilərin həyatını itirməsi ilə bağlı bəyanat yayaraq, hadisələr nəticəsində 27 nəfərin ölümü ilə bağlı məlumat verildiyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG