Accessibility links

Gürcü milyarder siyasətə qoşulur


Gürcü milyarder siyasətə qoşulur
Gürcü milyarder siyasətə qoşulur

Gürcüstan milyarderi, biznesmeni və xeyriyyəçisi Bidzina İvanişvili 2012-ci il parlament seçkilərində iştirak etmək üçün siyasi partiya təsis edəcəyini bildirib. İndiyədək siyasətdən uzaq duran İvanişvili baş nazir vəzifəsinə yiyələnmək niyyətindədir. O, prezident Mixail Saakaşvilinin hökumətdə inhisarçılıq yaratmaq və konstitusiyaya dəyişiklik etməklə, daimi hakimiyyətdə qalmaq niyyətində olduğunu deyib. İvanişvili azad məhkəmə sistemi, Gürcüstanın ərazi bötüvlüyünün bərpası və biznes mühitinin canlandırılmasına şərait yaratmaq istəyini dilə gətirib. Biznesmen deyib ki, Rusiya ilə münasibətlərin normallaşdırılması, ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşdirilməsinə üstünlük verəcək.

XS
SM
MD
LG