Accessibility links

Tbilisidə saxlanılan Rusiya vətəndaşı gürcü jurnalisti 'öldürməyi planlaşdırırdı'


Qvamaria Qabuniya
Qvamaria Qabuniya

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (SUS) ötən həftə Tbilisidə saxlanılan Rusiya vətəndaşının ötən il yayımlanan bir verilişdə Rusiya Prezidenti Vladimir Putini tənqid edərkən nalayiq ifadələrdən istifadə edən gürcüstanlı jurnalisti öldürməyi planlaşdırdığını iddia edib.

Mtavari Arxi televiziya stansiyasının direktoru Nika Qvamaria iyunun 15-də Rusiyanın Şimali Qafqaz bölgəsində yaşayan İnquşetiya əsilli 38 yaşlı Vasambek Bokovun üç gün əvvəl Gürcüstan paytaxtında saxlanıldığını deyib.

Qvamarianın açıqlamasından sonra Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti V.B. kimi bilinən Rusiya vətəndaşının saxta sənədlər əldə və istifadə etməkdə ittiham edildiyini və sifarişli sui-qəsd hazırlamaqda şübhəli bilindiyini təsdiqləyib.

Qvamaria Bokovun Mtavari Arxi ilə jurnalist Giorgi Qabuniyanı öldürmək üçün Rusiyanın Şimali Qafqaz bölgəsinin Çeçenistan bölgəsinin lideri Ramzan Kadırov tərəfindən Gürcüstana göndərildiyini iddia edib.

2019-cu ilin iyul ayında Qabuniya Putini "iylənmiş işğalçı" adlandırmışdı və Rusiya prezidentini, habelə Putinin anası və atasını lənətləyərək kobud ifadələr işlətmiş və Putinin məzarından tualet kimi istifadə edəcəyinə söz vermişdi.

Qvamarianın başqa bir televiziya kanalında çalışarkən etdiyi mübahisəli çıxışı həmin vaxt Rusiya və Gürcüstandakı rəsmilər tərəfindən qınanmışdı.

Kadırov o zaman Qabuniyanı "cəzalandıracağına" söz verərək demişdi: "Qabuniya indi yeddi hasar arxasında gizlənməlidir, çünki Vladimir Putinə dərin hörmət bəsləyən milyonlarla gəncin hər biri Qabunyaya layiq olduöu göstərə bilər".

Son illər Rusiya xaricində bir neçə Kadırov tənqidçisi öldürülüb və bir çoxları görünən sui-qəsdlərin arxasında ya Kadırovun özünün, ya da Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) dayandığına inanır.

İnsan haqları qrupları 2007-ci ildən bu yana qeyri-sabit bölgəni idarə edən Kadırovun repressiv ölçülərdən istifadə etdiyini və bölgədəki təhlükəsizlik qüvvələri üçün cəzasızlıq mühiti yaratdığını deyir.

Onlar iddia edir ki, Kadırov Çeçenistan hakimiyyəti tərəfindən zorakılıq və qorxutma, oğurluq, məcburi yoxaçıxmalar, işgəncə və məhkəmədənkənar qətllərin məsuliyyətini daşıyır.

XS
SM
MD
LG