Accessibility links

Gürcüstanda parlament seçkiləri keçirilir


Oktyabrın 8-də Gürcüstanda dörd il müddətinə yeni parlamentə seçkilər keçirilir. 150 yer uğrunda 25-dən çox siyasi partiya və blok mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, günorta saat 3-ə qədər ölkənin seçki hüququ olan əhalisinin 34,79 faizi səsvermə məntəqələridə səs verib.təşkil edib. Gürcüstanda 3.5 milyon seçici var.

Azalıq Radiosunun verdiyi məlumata əsasən, seçkiyə namizəd kimi 30-a yaxın azərbaycanlı qatılıb. İlk dəfədir ki, azərbaycanlı namizədlər daha çox müxalifət sıralarından namizədliklərini irəli sürürlər. Hakim partiyanın cəmi 3 azərbaycanlı namizədi var.

Gürcüstanın keçmiş birinci xanımı, parlament seçkilərində namizəd Sandra Rulofs
Gürcüstanın keçmiş birinci xanımı, parlament seçkilərində namizəd Sandra Rulofs

Parlament seçkilərində 19 partiya və altı blokun iştirak etməsinə baxmayaraq, rəy sorğuları əsas mübarizənin hakim “Gürcü arzusu” ilə keçmiş prezident Mixail Saakaşvilinin "Vahid Milli Hərəkat"ı arasında getdiyini göstərir.

Hazırda Odessa vilayətinin qubernatoru postunu tutan Saakaşvilinin özü partlament seçkilərinə qatlımasa da, ölkənin qərbində Zuqdidi vilayətində namizəd olan həyat yoldaşı Sandra Rulovsun onu təmsil etdiyini bildirib. O həm də "Vahid Milli Hərəkat"ın partiya siyahısında da ikinci yerdədir. Bu o deməkdir ki, Rulovs Zuqdididə partlament seçkilərində kifayət qədər səs yığmasa da partya siyahısı əsasında parlamentə keçə biləcək.

Saakaşvili oktyabrın 5-də tərəfdarlarına müraciətdə yaxın zamanlarda Gürcüstana dönmək istədiyini və yeni hökumətin təşkilində iştirak etməyə hazır olduğunu bildirib. Lakin oktyabrın 8-də Facebook səhifəsində yerləşdirdiyi açıqlamada Saakaşvili bildirib ki, Gürcüstanda səsvermənin nəticələrindən asılı olmayaraq o, Ukraynanı tərk etmək niyyətində deyil.

Gürcüstan mediasının verdiyi məlumata görə, baş nazir Georgi Kvirikaşvili "ölkənin sabit və demokratik inkişafına, hər bir vətəndaşını rifahı, ölkənin Avropa ilə gələcəyi və tez zamanda iqtisadi bərpasına" səs verib.

Kampaniya dövrü heç bir partiyaya dəstək bildirməyən prezident Georgi Marqvelaşvili oktyabrın 8-də "sağlam və düşünən Gürcüstanın təmsil olunduğu çoxpartiyalı gürcü parlamentinə səs verdiyini" bildirib.

Gürcüstanda son Konstitusiya dəyişikliyindən sonra parlamentin səlahiyyətləri gücləndirilib.

Sonuncu parlament seçkiləri 2012-ci ildə keçirilmiş, müxalifətdə olan “Gürcü koalisiyası” Saakaşvilinin partiyası üzərində qələbə əldə etmişdi.

XS
SM
MD
LG