Accessibility links

Exit poll: Gürcüstan baş nazirinin müttəfiqi irəlidədir (Yenilənib)



Gürcüstanda prezident seçkisində exit poll Baş nazir Bidzina İvanişvilinin müttəfiqi olan Giorgi Margvelaşvilinin səsvermənin birinci turunda belə görünür səs çoxluğu əldə etdiyini göstərir.

Exit poll-un nəticələrinə görə, cənab İvanişvilinin Gürcü Arzusu koalisiyasının namizədi səslərin 67 faizini ala bilər.

Giorgi Margvelaşvilinin əsas rəbiqi olan parlamentin keçmiş spikeri David Bakaradze exit poll-a əsasən səslərin yalnız 20 faizini toplayıb. David Bakaradze 10 il Gürcüstanı idarə etdikdən sonra hakimiyyətdən getməkdə olan prezident Mixail Saakaşvilinin müttəfiqidir.

Gürcütanda prezidentlik uğrunda 23 namizəd rəqabət aparır. Prezident seçkisində üçüncü aparıcı namizəd cənab Saakaşvilinin hakimiyyətə gəlməsinə yol açmış Qızılgül inqilabının tanınmış siyasi fiqurlarından biri olan Nino Burcanadzedir.

Cənab İvanişvilinin koalisiyası keçən il parlament seçkilərində cənab Saakaşvilinin partiyası üzərində qələbə çalmışdı. Baş nazir gələn ay hakimiyyətdən gedəcəyini və yeni baş nazir təyin edəcəyini bildirib. Gürcüstanın hazırkı parlament sistemində baş nazir prezidentdən daha geniş səlahiyyətlərə malikdir.

Güürcüstan rəsmiləri seçkilərin azad və ədalətli keçiriləcəyinə söz verib. Ölkədə aparıcı üç qeyri-hökumət təşkilatı 2012-ci ildə parlament seçkilərində səsvermə ilə müqayisədə seçki pozuntularının 80 faiz azaldığını qeyd edib.

ATƏT-in Gürcüstanda missiyasının başçısı Gürcüstanın seçkilər yolu ilə hakimiyyətin dinc keçidinə gözəl nümunə olduğunu deyib.

Gürcüstan konstitusiyası cənab Saakaşvilinin üçüncü müddətə seçilməsinə imkan vermir. Mixail Saakaşvili hakimiyyətə 2004-cü ildə prezident Eduard Şevardnadzenin hakimiyyətdən getməsinə gətirib çıxarmış ümümxalq hərəkatından sonra gəlmişdi.
XS
SM
MD
LG