Accessibility links

Gürcüstanda 20 nəfər Rusiyaya casusluq ittihamı ilə saxlanılıb


Gürcüstanda 20 nəfər Rusiyaya casusluq ittihamı ilə saxlanılıb
Gürcüstanda 20 nəfər Rusiyaya casusluq ittihamı ilə saxlanılıb

Gürcüstan polisi Rusiyaya casusluq etməkdə şübhəli bilinən 20 gürcü vətəndaşı saxlayıb. Xəbər agentlikləri bildirir ki, bu 20 şəxs GRU kimi tanınan Rusiya hərbi kəşfiyyat xidmətlərinə işləyiblər. İnterpress Nyuz agentliyinin məlumatına görə şübhəlilər Gürcüstan;n daxili və müdafiə nazirlikərinin maddi təchizatını öyrənirdilər. Onlar həmçinin Gürcüstan hüquq-mühafizə orqanları və təhlükəsizlik agentliklərinin yüksək rütbəli əməkdaşlarının həyatları barədə məlumat toplayırdılar. Gürcüstan daxili işlər nazirliyi məlumatları nə təsdiq, nə də təkzib edib. Hanoyda olan Rusiya xarici işlər naziri Sergey Lavrov isə bu məsələni “Gürcüstan vətəndaşları ilə bağlı məsələ” adlandırıb.

XS
SM
MD
LG