Accessibility links

Gürcüstanda bələdiyyə seçkiləri keçirilir


Prezidentin iqtisadi islahatları fonunda hakim partiyanın qalib gələcəyi gözlənilir

2008-ci il Rusiya-Gürcüstan müharibəsindən bəri ilk dəfə olaraq bu gün Gürcüstanda seçkilər keçirilir. Bələdiyyə seçkiləri Qərb təmayüllü Mixail Saakaşvilinin demokratik islahatlar keçirmək üzrə öhdəliyinin ilk sınağıdır. Sorğular göstərir ki, cənab Saakaşvilinin hakim partiyası müxalifətin zəifliyi və prezidentin iqtisadi islahatlarına ictimai dəstək fonunda qalib gələcək. Seçicilər yerli şuraları və ilk dəfə olaraq Tbilisi şəhərinin merini seçəcək. Bu vəzifə cənab Saakaşvilinin xələfinin kimliyinə da aydınlıq gətirə bilər.

XS
SM
MD
LG