Accessibility links

Gürcüstanda bələdiyyə seçkilərinin ilkin nəticələri hakim partiyanın öndə olduğunu göstərir


Exit-Poll-un nəticəsinə görə hakim partiya ölkənin 60-dan çox şəhərində qələbəyə yaxındır

Gürcüstanın bələdiyyə seçkilərinin ilk nəticələrinə görə prezident Mixail Saakaşvilinin hakim partiyası böyük üstünlüklə irəlidədir. Buna baxmayaraq xarici müşahidəçilər hökuməti hər hansı seçki saxtakarlığının qarşısını almağa çağırıb. Səslərin bir hissəsinin hesablanmasının nəticələrinə görə cənab Saakaşvilinin Milli Birlik Hərəkatı Tbilisi meri vəzifəsi üçün yetəri qədər səs toplayıb. Exit-Poll göstərir ki, hakim partiya ölkənin 60-dan çox şəhərində qələbəyə yaxındır. Cənab Saakaşvili seçkiləri Gürcüstanda demokratiyanın qələbəsi adlandırıb. Bununla yanaşı, ATƏT bildirib ki, qurumun müşahidəçiləri pozuntular qeydə alıb. Ancaq təşkilatın bəyənatında beynəlxalq standartlara cavab vermək üçün seçki rəsmiləri tərəfində səylərin artırıldığı vurğulanıb.

XS
SM
MD
LG