Accessibility links

Gürcüstanda və Hindistanda İsrail diplomatlarına hücum edilib


Gürcüstanda və Hindistanda İsrail diplomatlarına hücum edilib
Gürcüstanda və Hindistanda İsrail diplomatlarına hücum edilib

İsrail Hindistan və Gürcüstanda İsrail diplomatlarına qarşı hücumlarda İran hökuməti və Livanın Hizbullah islamçı qrupunu günahlandırıb. Partlayış dörd nəfərin yaralanmasına səbəb olub.

İsrail rəsmilərinin sözlərinə görə hücumçular Hindistan və Gürcüstanda İsrail diplomatlarının avtomobillərini hədəf alıb.

Rəsmilər Dehlidə İsrail diplomatının avtomobilinə edilən hücum zamanı yaralananlar arasında hərbi attaşenin həyat yoldaşı və sürücüsünün də olduğunu bildirib.

Gürcüstan polisi Tbilisidə avtomobilə yerləşdirilmiş bombanı zərərsizləşdirə bilib.

Baş Nazir Benyamin Natanyahu Likud partiyasının üzvlərinə hücumun İarxasında ranın olduğunu deyərək, Tehran hökumətinin dünyada terrorçuluğa ən çox sponsorluq edən hökumət adlandırıb. O, insidenti ötən ay Tailand və Azərbaycanda üstü açılmış hücum cəhdlərilə əlaqələndirərək, bu hücumların da məsuliyyətini İran hökuməti və Huzbullah qrupunun daşıdığını deyib.

Bu gün baş vermiş hücumun məsuliyyətini heç kəs öz üzərinə götürməyib. İranın Hindistandakı səfiri Mehdi Nəbizadə cənab Netənyahunun ittihamlarını rədd edərək, İslam respublikasınınnın terror hücumlarını pislədiyini bildirib.

XS
SM
MD
LG