Accessibility links

Gəncədə törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər həbs edilib


Gəncə şəhər İcra Hakimiyyəti
Gəncə şəhər İcra Hakimiyyəti

İyulun 10-da Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfərin, o cümlədən axtarışda olan Samir İbrahimovun həbs edildiyi deyilir.

Xəbərdə bildirilir ki, Gəncə hadisələrinə görə ümumilikdə 22 nəfər həbs edilib.

Bir nəfərin isə iyulun 15-də gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanıldığı qeyd olunur.

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı isə ümumilikdə 13 nəfərin həbs edildiyi deyilir. Səkkiz nəfər barəsində isə axtarış elan olunub.

İyulun 3-ə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Bundan sonra sosal şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirlməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik “radikal dini qrup”un keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı axtarışda olanlardan bir nəfər – Rəşad Böyükkişiyevin polisə silahlı müqavimətə görə öldürüldüyünü bildirirlər.

XS
SM
MD
LG