Accessibility links

Hökümətin bağlı olması Vaşinqton bizneslərinə ziyan vurur


Hökümətin bağlı olması Vaşinqton bizneslərinə ziyan vurur
please wait

No media source currently available

0:00 0:01:54 0:00

ABŞ hökümətinin qismən bağlanmasının təsirlərini ilk hiss edənlər bu müddət ərzində işləməyən və ya işləyib pul almayan insanlar oldu. Lakin iqtisadiyyatın başqa hissələrinə də ziyan dəyib, xüsusilə də ən çox sayda federal işçinin yaşadığı Vaşinqton şəhərində.

Ağ Evin verdiyi məlumata görə, hökümətin bağlı qalması hər həftə 2.5 milyard dollara başa gəlir. Məncə bu rəqəm təkcə iqtisadi təsiri əks etdirmir, həm də kiçik bizneslərə vurulan ziyanı əks etdirir.
Sam Berger

ABŞ höküməti qismən bağlı qalmağa davam etdiyi bir vaxt, Vaşinqtonda yerli restoranlardan tutmuş taksi xidmətlərinin sürücülərinə kimi bir çox biznes bunun təsirlərindən əziyyət çəkir.

“Mən bir az gəlir əldə etmək üçün əlavə işləməyə çalışıram, amma çətindir” – deyə, Lyft sürücüsü Tommi Riçards bildirir.

“Bura müştəri gəlmir. Biz kirayə haqqını və maaşları ödəyə bilmirik. Vəziyyət çətindir”, restoran işçisi Hassam Reza deyir.

2013-cü ildə hökümət bağlandığı zaman siyasi müşavir olaraq çalışan Sam Bergerin sözlərinə görə, hökümətin uzun müddət qapalı qalması ölkə böyu iqtisadiyyat və bizneslərə mənfi təsir göstərir.

“Ağ Evin verdiyi məlumata görə, hökümətin bağlı qalması hər həftə 2.5 milyard dollara başa gəlir. Məncə bu rəqəm təkcə iqtisadi təsiri əks etdirmir, həm də kiçik bizneslərə vurulan ziyanı əks etdirir”, o bildirir.

Hökümətin bağlanmasının yerli bizneslərə təsirlərinə baxmayaraq, prezident Tramp büdcədə Meksika ilə sərhəddə divarın inşası üçün maliyyənin ayırılmasını tələb etməyə davam edir.

“Yeganə çıxış yolu demokratların sərhədlərimizi qoruyacaq və hökümətin açılmasına gətirib çıxaracaq büdcə layihəsini təsdiq etmələridir”, prezident söyləyib.

Konqresdəki demokratlar divarın əleyhinədir və Trampın kampaniya vədini həyata keçirmək üçün bütün ölkəni girov saxladığını düşünür.

Vaşiqntonda muzeylər bağlıdır
Vaşiqntonda muzeylər bağlıdır

Paytaxtda insanlar bu qarşıdurmaya görə məyusdur.

“Ümid edirəm ki, o, höküməti açacaq və deyəcək ki, insanlar işlərinə geri dönməlidir”, Vaşinqton sakini Tommi Riçard bildirir.

“İstədiyi nədirsə, onu verin, çünki artıq bu vəziyyət hər kəsə ziyan vurur”, restoran sahibi Adam Tenqa deyir.

Hökümət dekabr ayında bağlanandan bəri bəzi restoranlar maaş almayan federal işçilərə yardım etmək üçün onlara pulsuz yemək verir.

“Saat 6-8-dək maaş almayan federal işçilərə pulsuz pizza verilir. Fikrimcə bu çox gözəl təşəbbüsdür, çünki bəzən bir çox insanın pulu çatmır”, &Pizza-nın aşpazı Derrik MakGeyt deyir.

Şənbə günü bu, ABŞ tarixində hökümətin bağlandığı ən uzun müddət oldu.

XS
SM
MD
LG