Accessibility links

Hökumətlər ABŞ və İranı gərginliklərin azaldılmasına çağırır


Dünya ölkələrinin hökumətləri İran və ABŞ-ı gərginliklərin azaldılmasına çağırır.

"Hazırkı böhran yalnız regiona deyil, hamıya təsir edir. Silahlardan istifadə dayandırılmalı, dialoqa yol verilməlidir" - deyə, Avropa İttifaqı Komissiyasının prezidenti Ursula von der Leyen bildirib.

Britaniyanın xarici işlər naziri Dominik Raab çərşənbə günü İranın ABŞ-ın İraqdakı iki hava bazasına hücumunu qınayaraq bildirib ki, İranı təhlükəli və düşünülməmiş hücumlara əl atmamağa çağırırıq.

Nazir regionda müharibənin yalnız İŞİD-in mənafeyinə xidmət edəcəyini vurğulayıb.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Qenq Şuanq bildirib ki, tərəflər təmkin nümayiş etdirməlidir. Çin regionda sülh və sabitliyin bərqərar edilməsi üçün dialoqa çağırıb.

Yaponiyanın nazirlər kabinetinin sözçüsü Yoşihide Suqa Yaxın Şərqdə yaranmış duruma görə narahatlığını ifadə edib. O, münaqişə tərəflərini əlaqələrin normallaşdırılması üçün diplomatik səylərə üstünlük verməyə səsləyib.

Birləşmiş Ərəb Əmirliklərinin xarici əlaqələr üzrə dövlət naziri Ənvər Qarqaş tvit edərək, regionu “hazırkı narahatedici gərginliklər”dən uzaqlaşmağa çağırıb.

Şərhlərə bax

XS
SM
MD
LG