Birləşmiş Ştatların təyyarələrinin İranın nəzarətindəki hava hövzəsindən keçməsinə qadağa qoymasından sonra bəzi böyük hava şirkətləri də təyyarələrinin Hörmüz və Oman Körfəzləri üzərindən keçməmələrinə qərar verib.
Birləşmiş Ştatlar Federal Aviasiya Administrasiyası bu qərarı İranın ABŞ-ın dronunu yer-səma raketi ilə vurmasından sonra verib.
18 min metr hündürlüyə qalxa bilən Global Hawk dronu İranın körfəz regionunda vurduğu altı neft tankerindən sonra sonuncu hədəfi idi.
Federal Aviasiya Administrasiyasının məlumatında bildirilib ki, dron vurularkən ondan 45 dəniz mili uzaqlığında sərnişin təyyarəsi uçurdu.
Bir neçə saat əvvəl United Airlines şirkəti Nyu-Cersinin Newark airportundan Mumbaya uçan təyyarənin uçuşunu təxirə salıb.
Ərəb Əmirlikləri, Malayzia, Australiyanın Qantas Ltd, Sinqapur Airlines Ltd, Almaniyanın Lufthansa, British Airways və Hollandiyanın KLM hava yolları şirkətləri də həmin hava hövzəsindən istifadə etməmək qərarı verib.