Accessibility links

Hüquqşünas Milli Onkologiya Mərkəzindən danışan zaman hakim məhkəməni təxirə salıb


Aslan İsmayılov
Aslan İsmayılov

Aslan İsmayılovun şikayətinə yeni apellyasiya baxışı başlayıb

Sentyabrın 4-də Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə hüquqşünas Aslan İsmayılov barədə Binəqədi rayon Məhkəməsinin xuliqanlıq ittihamı ilə çıxardığı hökmdən verilən şikayətə yeni apellyasiya baxışı başlayıb.

Bakı Apellyasiya Məhkəməsi bundan öncə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Lakin Alİ Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv edədərk şikayəti yenidən apellyasiya baxışına qaytarıb.

Aslan İsmayılovun şikayətinə yeni apellyasiya baxışı başlayıb
please wait

No media source currently available

0:00 0:02:51 0:00

Bu gün Apellyasiya Məhkəməsində baxış zamanı iki məhkəmə zalında mikrofonların işləmədiyi məlum olub.

İsmayılov məhkəmə iclasının video çəkilişinin aparılması barədə vəsatət qaldırıb. Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini istəyib və hakim vəsatəti təmin etməyib.

Dövlət ittihamçısı ittihamın istintaq zamanı sübuta yetirildiyini, Aslan İsmayılovun Binəqədi rayon Məhkəməsində qərəzli xuliqanlıq etdiyini bildirib.

2015-2017-ci illərdə apteklərdə qanunsuz narkotik satışı, qanunsuz kazinolar barədə tənqidi yazılar dərc etdirdim. Daha sonra Milli Onkologiya Mərkəzindəki qanusuzluqlar barədə tənqidi yazılar yazdım. Bundan sonra təqiblərə məruz qaldım.
Aslan İsmayılov, müdafiə çıxışından sitat


Aslan İsmayılov müdafiə çıxışı zamanı deyib ki, 1989-cu ildə Rusiyadan Azərbaycana qayıdıb və haqsızlığa qarşı həmişə mübariz olub. O respublika prokurorluğunda, prezident administrasiyasında, ədliyyə nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

“Mən haqsızlığa qarşı çıxdığıma görə barəmdə 1996-cı ildə, 1998-ci ildə, 2002-ci ildə, 2005-ci ildə cinatyət işi qaldırılıb. Vəkillik fəaliyyətimə son verilib. Bütün bunlara baxmayaraq haqsızlığa, ədalətsizliyə qarşı mübarizəmi davam etdirirəm. Son illərdə isə barəmdə məhkəmələr üç məhkumluq hökmü çıxarıb. 2015-2017-ci illərdə apteklərdə qanunsuz narkotik satışı, qanunsuz kazinolar barədə tənqidi yazılar dərc etdirdim. Daha sonra Milli Onkologiya Mərkəzindəki qanusuzluqlar barədə tənqidi yazılar yazdım. Bundan sonra təqiblərə məruz qaldım. Məni Daxili İşlər Nazirliyinin banditizmi (Baş Mütəşşəkil Cinayətkarlıqla Mübarizə İdarəsi-red) deyilən idarəsinə apardılar, döydülər, son xəbərdarlııq etdilər. Gördülər dayanmıram yenidən vəkillikdən kənarlaşdırdılar,” İsmayılov Milli Onkologiya Mərkəzindən danışan anda hakim heyəti gözlənilmədən, heç bir izah vermədən məhkəmə iclasını sentyabrın 19-dək təxirə sadıb və məhkəmə zalını tərk edib.

2018-ci il noyabrın 23-də Binəqədi rayon Məhkəməsi hüquqşünas Aslan İsmayılova illik qazancının 20 faizi tutulmaqla, 1 il islah işləri və 1500 manatcərimə cəzası kəsilməsi barədə qərar çıxarıb.

Məhkəmənin qənaətinə görə, hüquqşünas xuliqanlıq etməkdə təqsirli bilinib.

Hökmə əsasən, İsmayılov onu təhqir etdiyinə görə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyev iddianı icraata götürməkdən imtina edib. Aslan İsmayılov da 2017-ci il oktyabrın 2-də məhkəmənin binasında hakimin katibindən bu xəbəri eşidən kimi səs-küy salıb, qapını çırpıb çərçivəsini sındırıb, divarın suvağını töküb, hakimin və məhkəmə sədrinin ünvanına təhqir xarakterli ifadələr işlədib.

2018-ci ilin iyul və avqust aylarında Hafiz Hacıyev və iş adamı Mürvət Həsənlinin iddiaları əsasında İsmayılova verilmiş islah işləri və pul cəzası da Binəqədi rayon Məhkəməsinin hökmündə nəzərə alınıb. Yəni əvvəlki cəzalar birləşdirilməklə onun üzərində 1 il islah işləri və 1500 manat cərimə saxlanılıb.

Aslan İsmayılov son sözündə deyib ki, ittiham saxtadır və onu ictimai fəaliyyətinə görə cəzalandırırlar:

"Mən narkotik tərkibli dərmanların apteklərdə açıq satışı, kazino-qumarxanaların Bakıda fəaliyyəti, yumurta mafiyasının ölkə iqtisadiyyatına vurduğu zərbə barədə çıxışlarıma, yazılarıma görə qəzəbə tuş gəlmişdim. Ən əsas səbəb isə Milli Onkologiya Mərkəzində baş verən korrupsiyanı, biabırçılıqları ictimailəşdirməyim oldu. Mənə qarşı baş verənlərin əsas günahkarı Zakir Qaralov, Fikrət Məmmədov, Əli Həsənovdur. Başa düşdülər ki, Aslan İsmayılovu hədə-qorxu ilə dayandırmaq mümkün deyil, bu yollara əl atdılar".

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və "Xəmsə" şadlıq sarayının sahibi Mürvət Həsənli hüquqşünasın sosial şəbəkələrdə onları təhqir etdiyini, böhtan atdığını iddia edərək, onun cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə həmin iddialar əsasında hüquqşünas məhkum edilib, ona pul cəriməsi və islah işləri cəzası kəsilib.

XS
SM
MD
LG