Accessibility links

Hüquq müdafiəçiləri Daxili İşlər Naziri ilə polis-vətəndaş münasibətlərindəki problemləri müzakirə edib


Hüquq müdafiəçiləri Daxili İşlər Naziri ilə görüşüb

Dekabrın 13-də “Müdafiə Xətti” İnsan Hüquqları Təşkilatının həmtəsisçiləri Rüfət Səfərov, Zəfər Əhmədov, Zaur Əkbər, Əlayif Həsənov Daxili İşlər Naziri Vilayət Eyvazovla görüşüb.

3 saat davam edən görüşdə daxili işlər nazirinin müavini İsmət Əliyev, Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin əməliyyat işləri üzrə müavini Vüqar Ələkbərov və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov da iştirak edib.

Çərşənbə axşamı “Müdafiə Xətti” təşkilatının həmtəsisçiləri keçirdikləri mətbuat konfransında bildiriblər ki, nazirlə görüşdə polis-vətəndaş münasibətləri, polisin saxlama təcridxanalarında monitorinqlərin keçirilməsi, obyektiv və şəffaf istintaq aparılması, hüquq müdafiə işlərinin təşkili, Gəncə şəhərində narkotik ittihamı ilə həbs edilən fəal, 39 gündür aclıq edən Saleh Rüstəmli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Müdafiə Xətti” təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib ki, nazir Vilayət Eyvazov polisin saxlama təcridxanalarında hüquq müdafiəçilərinin monitorinq aparması məsələsinin tədricən həllini tapacağını deyib.

Hüquq müdafiəçisi bildirib ki, nazirlə görüşdə Azərbaycan Xalq Cəbəhəsi Partiyasının fəalı, şahmat müəllimi Şahin Hacıyevin narkotik ittihamı ilə həbsi barədə məsələ qaldırılıb.

“Müdafiə Xətti”nin həmtəsisçisi Zaur Əkbərlə bərabər Gəncədə Şahin Hacıyevin evində olduq. Polsiisn narkobaron kimi ittiham irəıli sürdüyü Şahin ailəsinin dolanışığı üçün evinin əşyalarını satıb. Biz nazirin diqqətinə çatdırdıq ki, ittiham əsassızdır, narkoraron ev əşyaları satmaz. Bizim səfərdən sonra Şahinin saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsinə gediblər. Deyiblər ki, narkotiki boynuna alsın ona yüngül cəza verilsin, müalicəyə göndərilsin. Eyvazov göstəriş verdi ki, Şahin Hacıyevin işi nəzarətə götürülsün.”

Səfərov ölkə rəhbərini tənqid edənlər üçün standart ittihamalrın hazır olduğuna və onlara narkotik ittihamı verildiyinə diqqət çəkib.

“AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn ömründə siqaret çəkməyib, ömründə spirtli içki qəbul etməyib. Bu insanı narkotikdə ittiham etmişdilər.”

Hüquq müdafiəçisi AXCP tərəfdarı, Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı, həbsdə 39 gündür aclıq edən Saleh Rüstəmli ilə bağlı məsələni də nazirin diqqətinə çatdırdığını deyib.

“Saleh quru aclığa başlayıb. Onun komaya düşməsi an məsələsidir. Saleh Rüstəmlini də polis saxlayıb, ona ittihamı polis verib. Bildirdik ki, Saleh Rüstəmli ölərsə məsuliyyət hökumətin üzərinə düşür. Ö ölərsə beynəlxalq və yerli çağırışlar daha güclənəcək. ABŞ Dövlət Departamenti, AŞPA açıq müraciətlər edib. Bununla bağlı ölkədə minlərlə insan, hüquq müdadfiə təşkilatları prezidentə müraciət edir. Sanki biz Uqandanın prezidentinə müraciəıt edirik. Siz prezidentsinizsə, biz də bu ölkənin vətəndaşıyıq. Necə olur ki, erməni əsirlər danışıqlarla azad edilir, Saleh Rüstəmli ilə bağlı müraciətlərə reaksiya verilmir, o azad edilmir. O vətəndaşdır, müharibə qəhrəmandır. Necə olur ki, bu ölkədə hökumət isdəiyi vaxt istədiyi insanı tutur, isətdiyi vaxt azad edir. Ölkənin vətəndaşı 40 gündür aclıq edir, hər hansı reaksiya yoxdur. Erməniləri ona görə azad edirlər ki, onlar hakimiyyət üçün tənqidi danışmır. Hökumət üçün tənqidi danışanları isə azadlığa buraxmırlar,” Səfərov qeyd edib.

O hüquq müdafiəçilərinin hökumətlə şəffaf, açıq və nəticəsi olan əməkdaşlığa hazır olduğunu bildirib.

Əlayif Həsənov diqqəti “Tərtər hadisələri” ilə bağlı işgəncələrə yönəldib.

“Biz nazirlə görüşdə 2017-ci ildə Tərtər hadisələri ilə bağlı istintaqın mövqeyinin düzgün olmadığını qaldırdıq. İstintaq həqiqəti müəyyən etməyəndə, istintaq sosial şəbəkələrə, meydanlara köçür. İnsanlar etiraz aksiyalarında sözünü deyir. Kim kimi istəyir haqsız çıxarır. Dövlət problemləri doğru istintaq hərəkətləri vasitəsi ilə həll etməlidir. İstintaq adamları öldürmək demək deyil,” hüquq müdafiəçisi qeyd edib.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda işgəncələrə və qeyri-insani rəftara dair məlumatında deyilir ki, 2017-ci ildə Azərbaycanın cəbhə bölgələrindən olan 1000-dən çox hərbçi və mülki şəxs casusluqda və dövlət xəyanətində şübhəli bilinərək saxlanılıb.

“Onların barəsində 200-dən çox cinayət işi açılıb, onların çoxu işgəncələrə və qeyri-insani rəftara məruz qalıb. 2017-ci il mayın 1-dən 17-dək işgəncələr nəticəsində 11 nəfər ölüb. 25 nəfər işgəncə altında dindirmə zamanı əldə edilmiş məlumatlar əsasında dövlətə xəyanətə görə mühakimə olunub və yeddi ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İşgəncə altında qətlə yetirilmiş 11 nəfərdən 5-i ölümündən sonra bəraət alıb. Azərbaycan hakimiyyəti guya işgəncələrə və qeyri-insani rəftara məruz qalmış 135 nəfərdən yalnız 102-ni zərərçəkmiş kimi tanıyıb. Lakin heç kim dəyən zərərə görə kompensasiya almayıb," sənəddə deyilir.

Hüquq müdafiə təşkilatının digər həmtəsisçisi Zaur Əkbər aksiyalar zamanı hüquq müdafiə təşkilatalarının monitorinqlərindən danışıb.

“Dekabrın 1-də aksiyanın monitorinqini aparan hüquq müdafiəçisi Zəfər Əhmədova qarşı fiziki zorakılıq oldu. Nazir dedi ki, monitorinqləri aparın. Hər hansı müdaxilə olmayacaq,” o, qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Krımdakı vurulan Rusiya aviabazasının peyk görüntüləri yayımlanıb
please wait

No media source currently available

0:00 0:08:59 0:00
XS
SM
MD
LG