Accessibility links

Hüquq müdafiəçisi İstanbulun "Amerika Xəstəxanası"na köçürülüb


Oqtay Gülalıyev
Oqtay Gülalıyev

Noyabrın 19-da Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyev İstanbulda yerləşən "Amerika xəstəxanası"na (Amerikan Hastanesi) köçürülüb.

Bu barədə hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondu bu klinikada 20 günlük müalicə xərcini ödəyib.

Hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar.

Oktyabrın 30-da o, beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub.

Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

Bundan sonra Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib.

Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev Avrasiya xəstəxanasının həkimlərinin son rəyinə istinadən bildirib ki, atasının komadan ayılması 6 aydan bir ilədək çəkə bilər.

“Həkimlərin bildirdiyinə görə, atanın beyın hüceyrələrindən üçü sıradan çıxıb. Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək. Ancaq reaksiyasız olaraq gözləri açıq olacaq,” Təbriz Gülalıyev qeyd edib.

XS
SM
MD
LG