Accessibility links

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti kritikdir


Oqtay Gülalıyev

Hüquq müdafiəçisi Oqtay Gülalıyevdə qastrostomiya borusu dəyişdirildikdən sonra vəziyyəti kəskin şəkildə pisləşib. Belə ki, onun köməyilə qida birbaşa mədəsinə verilirdi.

Avqustun 5-də Gülalıyev Bakıda Topçubaşov adına klinikaya aparılıb. Orada ona müvəqqəti qastrostomiya borusu yerləşdiriblər.

“Sonra Oqtay evimizə gətirildi, qastrostomiya borusu ilə yemək verildikdən sonra titrəməyə başladı, temperaturu yüksəldi. Bundan sonra onu Mərkəzi Klinik Xəstəxanaya apardılar. Vəziyyəti kritik olaraq qiymətləndirilir. İlkin müayinə göstərdi ki, problemlər beyin xəstəlikləri ilə əlaqədar yaranıb. Həkimlər lazımi tədbirləri görüblər. Beyin funksiyasının pozulması ilə əlaqədar Oktay Gülalıyevin vəziyyəti Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində pisləşməkdə davam edib. Bundan sonra hüquq müdafiəçisi Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparmaq qərarı verilib. Lakin Təcili Yardım Stansiyası Gülalıyevi ölümlə nəticələnən təhlükəyə görə nəql etmək qərarına gəlmir,” Gülalıyevin ailəsindən bildiriblər.

Oqtay Gülalıyev 29 oktyabr 2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində kəllə-beyin travması alıb və bir neçə saatdan sonra komaya düşüb. Əməliyyat yalnız növbəti gün həyata keçirilib və mütəxəssislərin rəyinə görə, bu müddətdə beyinə qan sızması artıb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi İstanbuldakı Amerika Xəstəxanasında davam etdirilib.

Gülalıyev 2020-ci il noyabrın 8-də Türkiyədən Bakıya gətirilib. Onun müalicəsi ev şəraitində davam etdirilib.

2021-ci il yanvarın 25-də Bakının Nəsimi Rayon Məhkəməsi Oqtay Gülalıyevin səhhətinə ciddi ziyan vurmuş sürücü Kənan Abdullayevi 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmə onu Cinayət Məcəlləsinin 263.1.-1- ci maddəsilə (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıq üzündən zərərçəkmiş şəxsin sağlamlığına ağır ziyan vurduqda) təqsirli bilib. Bundan əlavə, Abdullayev üç il müddətinə avtomobil sürmək hüququndan məhrum edilib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG