Accessibility links

Hüquq müdafiəçisi Türkiyədə müalicə olunacaq


Oqtay Gülalıyev
Oqtay Gülalıyev

Oqtay Gülalıyevin durumu çox ağırdır. Türkiyədən gələn həkimlər onu müayinə etdikdən sonra bu qənaətə gəlib.

Bu barədə hazırda koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülıyevin həyat yoldaşı Füruzə Gülalıyeva Amerikanın Səsinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, indiki anda Oqtay Gülalıyevi Türkiyənin Acıbadəm hospitalına aparmaq üçün hazırlayırlar.

“Hazırda durumu çox ağırdır. Həkimlər Türkiyəyə apardıqdan sonra da sağalacağına ümid vermirlər. Həkimlər deyir ki, Türkiyədəki şəraitlə buradakı şərait eyni deyil. Bu səbəbdən Türkiyəyə aparılmasına razılıq verdik,” o qeyd edib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Oktyabrın 30-da fəal baş beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub. Həkimlərin proqnozlarına görə, nəticə müsbət olarsa, bir neçə həftə sonra hüquq müdafiəçisi komadan çıxa bilər və bundan sonra aylarla reabilitasiya kursu keçməlidir.

Bu gün birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

Fond müalicəyə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG