Oktyabrın 29-da Bakıda hüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobil vurub.
Şahidlərin sözlərinə görə, hadisə Gülalıyev yolu keçərkən baş verib.
Onların dediyinə görə, qəza baş verəndən sonra avtomobil sürücüsünün özü onu xəstəxanaya çatdırıb.
Yaxınlarının verdiyi məlumata görə, Oqtay Gülaliyev başından xəsarət alıb.
O, Bakı şəhəri 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib və müayinədən keçirilib. Müayinələr davam etdirilir. O hazırda həkimlərin nəzarətindədir.
Oqtay Gülaliyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur. O son dövrlər insanların hüquq mühafizə orqanları tərəfindən repressiyalara, işgəncələrə və qeyri-insani rəftara məruz qalmaları ilə bağlı davamlı olraq dinləmələr təşkil eidr, hesabatlar yayırdı. Hüquq müdafiəçisi bu günlərdə “İşgəncələrə son qoyulsun!” şüarı ilə 10 günlük ictimai kampaniyanın başlandığını bəyan edib.