Accessibility links

Hüquq müdafiəçisinin məhkəməsi başlayıb


Sumqayıt şəhər məhkəməsində hakim Pərviz Hacıyevin sədrliyi ilə "Sumqayıt Gənclərinin Hüququ Maarifləndirilməsi" ictimai birliyinin prezidenti, hüquq müdafiəçisi Elçin Məmmədə qarşı qaldırılan cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Vəkil Fariz Namazlının Amerikanın Səsinə verdiyi məlumata görə, prosesdə iki vəsatət qaldırılıb.

Vəsatətlər bu cinayət işi üzrə icraata xitam verilməsi və həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı olub.

Lakin hakim vəsatətləri təmin etməyib. Məhkəmədə çıxış edən Elçin Məmməd qeyd edib ki , məhkəmə baxışının normal gedişinə mane olmaqda maraqlı deyil, çünki onunla bağlı yaranmış vəziyyətdə ədalətin bərpasını istəyir.

Hüquq müdafiəçisi əlavə edib ki, cəmiyyətdəki nüfuzu, bu il keçirilmiş seçkilərdə deputatlığa namizəd olması və hüquq müdafiəçisi kimi fəailliyəti cəmiyyət üçün təhlükə yarada biləcək əməllərə yol verə bilməz.

Məhkəmə baxışı avqustun 14-nə təyin edilib

Hüquq müdafiəçisi Elçin Məmməd bu ilin martında həbs edilib və ona qarşı oğurluq, qanunsuz silah saxlama maddələri ilə cinayət işi açılıb.

Elçin Məmməd ittihamları qəbul etmir və hesab edir ki, bütün bunlar ölkədəki insan haqqlarının vəziyyəti ilə bağlı yaydığı tənqidi hesabatlara qarşı bəzi qurumların adekvat cavabıdır.

XS
SM
MD
LG