Accessibility links

Hüquq müdafiəçisinin xəstəxanası dəyişdirilib


Hüquq müdafiəçisinin xəstəxanası dəyişdirilib
please wait

No media source currently available

0:00 0:00:42 0:00

Noyabrın 1-də hüquq müdafiəçisi Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb.

Bu barədə Oqtay Gülalıyevin həyat yoldaşı Firəngiz Gülalıyeva bildirib. "İndi yola düşdük. Oqtayı Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparırıq", Firəngiz Gülalıyeva bildirib.

Oktyabrın 29-da axşam saatlarında hüquq müdafiəçisi O.Gülalıyevi avtomobil vurub.

O, 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib. Sonra özəl "City Hospital"a aparılan hüquq müdafiəçisi orada beyin əməliyyatı keçirmişdi.

Oqtay Gülalıyev oktyabrın 29-da axşam radələrində 28 May və Puşkin küçələrinin kəsişməsində, piyada keçidirinin üstündə avtomobil tərəfindən vurulub. Ona “Qapalı kəllə-beyin travması. Baş beynin əzilməsi. Sol təpə sümüyündə yerdəyişməyən sınıq. Sol yarımkürədə şoxsaylı qansızmalar” diaqnozu qoyulub və oktyabrın 30-da əməliyyat edilib. Adil Qeybulla deyir ki, əməliyyat fəsadsız keçsə də, alınan travma xarakter etibarı ilə ağır hesab edilir:

Oqtay Gülalıyevin avtomobillə vurulması ilə bağlı cinayət işi açılıb.

Bu barədə Daxili İşlər Nazirliyin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə yolu keçən piyada Oqtay Gülalıyev vurulub:

"Sürücü qəza nəticəsində xəsarət almış piyadanı dərhal öz avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra O.Gülalıyev oradan "City Hospital»a köçürülüb. Hazırda həkimlərin nəzarətində olan xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və nəqliyyat vasitəsinə baxışlar keçirilib, sürücü K.Abdullayevin izahatı alınıb, sərxoşluq və narkoloji müayinələrdən keçirilib".

DİN habelə bildirib ki, faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və… idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Oqtay Gülaliyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur. O son dövrlər insanların hüquq mühafizə orqanları tərəfindən repressiyalara, işgəncələrə və qeyri-insani rəftara məruz qalmaları ilə bağlı davamlı olraq dinləmələr təşkil eidr, hesabatlar yayırdı. Hüquq müdafiəçisi bu günlərdə “İşgəncələrə son qoyulsun!” şüarı ilə 10 günlük ictimai kampaniyanın başlandığını bəyan edib.

XS
SM
MD
LG