Accessibility links

Hüquq müdafiəçisinin avtomobillə vurulmasından 11 ay keçsə də, istintaq yekunlaşmayıb


Oqtay Gülalıyev
Oqtay Gülalıyev

Şənbə günü, sentyabrın 19-da hüquq müdafiəçisi Oqtay Gülalıyevin ailəsinin qanuni nümayəndələri vəkil Fuad Ağayev və Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Nəsimi rayon prokuroru Həsən Xanifəyev ilə görüşüb.

Görüş zamanı zərərçəkənin həyat yoldaşı Firuzə Gülalıyevanın təkid etdiyi kimi istintaqın gedişi və cinayət işi materiallarının məhkəməyə verilməsi proseduru barədə fikir mübadiləsi aparılıb.

Mehman Əliyev bildirib ki, prokuror onları əmin edib ki, gələn həftənin əvvəlində bu istiqamətdə müsbət qərarlar olacaq.

Gülalıyevin nümayəndələri qeyd ediblər ki, öz müraciətlərini rəsmi yazılı formada ediblər, lakin indiyədək yalnız şifahi şəkildə cavablar alıblar. Onlar cavabların qanunvericiliklə müəyyən edilmiş formada təmin edilməsinə çağırblar.

Sentyabrın 18-də Mehman Əliyev baş prokuror Kamran Əliyevə məktub göndərib. Məktubda o, vəkil Fuad Ağayevin vəsatətlərinin təmin edilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsini, habelə istintaq materiallarının baxılması üçün məhkəməyə verilməsinin sürətləndirilməsini xahiş edib.

Məktubda qeyd olunub ki, hadisədən təxminən 11 ay keçsə də, Gülalıyevin ailəsinin, müdafiə tərəfinin çağırış və tələblərinə baxmayaraq, iş indiyədək məhkəməyə verilməyib.

Bundan öncə, 2020-ci il iyulun 4-də Nəsimi rayon prokuroru Həsən Hənifəyev Gülalıyevin vəkili Fuad Ağayevi və Mehman Əliyevi qəbul edib.

Görüş zamanı onlara istintaqın gedişi və prokurorluğun son hərəkətləri barədə məlumat verilib. Əsasən istintaq orqanına – Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsinə Gülalıyevin nümayəndəsinin vəsatətində əksini tapan tələblərin əksəriyyətinin təmin edilməsi barədə göstəriş verilib.

Məsələ bundadır ki, 2019-cu ilin sonundan başlayaraq Fuad Ağayevin istintaq və prokurorluq orqanlarına dəfələrlə müraciətlərinə baxmayaraq, o bu müraciətlərə heç bir cavab almayıb, halbuki, adı çəkilən orqanlar onun vəsatətinə və şikayətlərinə baxılmasının nəticələri ilə bağlı onu qısa müddətdə məlumatlandırmalı idi.

İyulun 4-də keçirilən görüşdə prokuror Hənifəyev bildirib ki, istintaq baş verənlərin mənzərəsinin tam bərpasında və işin ədalətli şəkildə araşdırılmasında maraqlıdır.

İstintaqın marağı çərçivəsində prokuror Oqtay Gülalıyevin işini aparan əməkdaşlara tapşırıb ki, zərərçəkənin nümayəndələri ilə bundan sonra sıx ünsiyyət təmin edilsin. Bununla belə iki aydan çox keçib, vəkil hələ də vəsatətə rəsmi cavab ala bilməyib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulub. Başından aldığı zədə nəticəsində hələ də komadadır.

Fakt üzrə Oktay Gülalıyevi vuran sürücü Kənan Abdullayevin barəsində CM-in 263.1.1-ci maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) ilə cinayət işi qaldırılıb.

Oqtay Gülalıyev ötən ilin sonlarından Heydər Əliyev Fondunun yardımı ilə İstanbulda “Amerika” hospitalında müalicə olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG