Accessibility links

Hüquq-müdafiə təşkilatı bir qrup məhbusun etiraz olaraq damarlarını doğradığını bildirir


Müdafiə Xətti Hüquq-Müdafiə Təşkilatı aprelin 25-də bir qrup məhkumun etiraz olaraq damarlarını doğradığı barədə məlumat yayıb.

“Müdafiə Xəttinə daxil olan məlumata görə, bu gün səhər saat 6-7 radələrində 6 saylı Cəzaçəkmə Müəsissəsində 10 nəfərə yaxın məhkum müəssisə rəhbərliyinin özbaşnalığına etiraz olaraq bədənlərinə xəsarət yetiriblər, damarlarını doğrayıblar,” təşkilatın rəhbəri Rüfət Səfərov Facebook səhifəsində qeyd edib.

Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, məhbuslar damarlarını doğraması barədə xəbəri 6 saylı Cəzaçəkmə Müəssisəsindən yaxın günlərdə həbsdən azad edilən bir məhbus yoldaşlarına çatdırıblar.

“Etiraz edənlər kriminal məzmunda cəza çəkənlərdir. Onların arasında siyasi məhbuslar yoxdur. Yaxın zamanda damarlarını doğrayan məhbusların adlarını da ictimaiyyətin diqqətinə çatdıracağıq,” o qeyd edib.

Penitensiar Xidmətdən məlumatla bağlı şərh almaq mümkün olmayıb. Bu xidmətdən Amerikanın Səsinə bildiriblər ki, bazar günü oldğundan əməkdaşların istirahət günüdür.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG