Accessibility links

Hüquq-müdafiə təşkilatı “Media haqqında”yeni qanun layihəsinin media azadlığının məhdudladırılmasına yönəldiyini bildirir


“Media haqqında” qanun layihəsi mürtəce xarakterlidir. Əgər həmin qanun layihəsi parlamentdə qəbul olunarsa, onsuz da qeyri-qənaətbəxş olan mətbuat, məlumat, ifadə azadlığının durumu, xüsusilə, rəqəmsal medianın vəziyyəti daha da pisləşəcək, alternativ fikirlər, tənqidi rəylər qanunvericilik səviyyəsində əngəllənəcək.”

Bu barədə “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının bəyanatında deyilir.

“Müdafiə Xətti” Azərbaycan hökumətinə və qanunverici orqana çağırış edir ki, Avropa Konvensiyasının 10-cu (İfadə azadlığı), Azərbaycan Konstitusiyasının 47-ci (fikir və söz azadlığı), 50- ci (məlumat azadlığı) maddələrinin tələblərinə riayət etsin, media siyasəti həyata keçirilərkən azad jurnalistikanın inkişafının təmin edilməsi əsas hədəf seçilsin.

Sənəddə qeyd edilir ki, azad media, söz və fikir, mətbuat və məlumat azadlıqları demokratik quruluşun, hüquqi dövlətin əsas atributlarıdır.

“Müdafiə Xətti” dərin narahatçılıqla göstərir ki, ictimai müzakirəyə çıxarılmadan, media hüququ üzrə ixtisaslaşan ekspertlərin, təcrübəli media mütəxəssislərinin, Avropa Şurası Venesiya Komissiyasının, ATƏT-in Media Ofisinin rəyləri öyrənilmədən tələm-tələsik parlamentdə müzakirə edilən, ikinci oxunuşda da təsdiqlənən “Media haqqında” qanun layihəsi mürtəce xarakterlidir,” sənəddə qeyd edilir.

"Media haqqında" yeni qanun

Dekabrın 10-da Milli Məclisin komitələrində "Media haqqında" yeni qanun layihəsinin müzakirəsi başlayıb.Bu anadək sənəd ictimai müzakirələr üçün açıq olmayıb. On gün müddətində Milli Məclis qanun layihəsini iki oxunuşda qəbul edib.

Dekabrın 9-da Medianın İnkişafı Agentliyi bildirib ki, “Media haqqında” yeni qanun layihəsi, jurnalistlərin sosial müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, media subyektləri və jurnalistlərin peşəkarlıq meyarına uyğun fəaliyyət göstərə bilmələri üçün hüquqi təminatın yaradılmasını nəzərdə tutur.

Yerli medianın məlumatına görə, “Media haqqında” qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektləri, redaksiyalar və onların məhsullarına, eyni zamanda Azərbaycanın hüdudlarından kənarda olan, fəaliyyəti Azərbaycan ərazisinə və auditoriyasına istiqamətlənmiş bütün subyektlərə, Azərbaycandan kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılmış hissəsinə və jurnalistlərə şamil olunacaq.

Azərbaycan rəsmiləri ölkədə plüralizmin təmin olduğunu deyir

Rəsmi qurumlar ölkədə media azadlığının tam təmin edildiyini, plüralizm üçün hər cür şəraitin yaradıldığını bildirir. Rəsmilər hesab edir ki, media ilə bağlı monitorinqlərə görə, son bir ildə böhtan və təhqirlə bağlı 20-dən çox jurnalist məhkəməyə verilib. Jurnalistlərə qarşı otuzdan çox insident qeydə alınıb. Ölkənin iki jurnalisti münaqişə bölgəsində mina partlayışı nəticəsində həlak olub.

Beynəlxalq təşkilatların gözündə Azərbaycan

“Sərhədsiz Reportyorlar” mətbuata dəstək təşkilatının dünya üzrə 2021-ci ilin Mətbuat Azadlığı İndeksində Azərbaycan 167-ci yerdə qərarlaşıb. Yerli və beynəlxalq ekspertlər Azərbaycanda medianın vəziyyətinin ağır olaraq qaldığını düşünür. Onlar hesab edir ki, Azərbaycanda uzun illərdir bir sıra müstəqil media qurumlarına qarşı təzyiq kampaniyaları davam etdirilir.

Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Azərbaycanda son illərdə ümumilikdə 5 jurnalist öldürülüb. Hazırda 4 jurnalist həbsədədir. Ölkədə beynəlxalq media təşkilatı olan AzadlıqRadiosunun Bakı bürosu 2014-cü ilin dekabrından bağlanıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG