Accessibility links

Hüquq-müdafiə təşkilatı siyasi məhbus hesab etdiyi şəxslərin yeni siyahısını yayıb – 121 nəfər


Siyasi məhbus siyahısı
Siyasi məhbus siyahısı

İyunun 4-də "Azərbaycanda Siyasi Məhbusların Azadlığı Naminə" İttifaq siyasi motivlərlə həbs edilən və mühakimə olunan şəxslərin yeni siyahısını açıqlayıb.

Təşkilatın koordinatoru Elşən Həsənov Amerikanın Səsinə bildirib ki, yenilənmiş siyahıda 121 nəfər var, onlar 7 qrupa bölünüb.

“Jurnalistlər və blogerlər" qrupunda - 7 nəfər, “Müxalifət partiyalarının və hərəkatların üzvləri” qrupunda - 6 nəfər, "14-15 iyul 2020-ci il mitinqindən sonra həbs olunanlar" qrupunda - 3 nəfər, “Dindarlar" qrupunda -19 nəfər, "Tərtər işi üzrə mühakimə olunanlar" qrupunda - 27 nəfər, “Gəncə işi üzrə mühakimə olunanlar" qrupunda - 45 nəfər, "Ömürlük məhkumlar" qrupunda - 14 nəfər var.

Aprel ayının əvvəlində açıqlanmış öncəki siyahıda 111 nəfər olub. O vaxtdan siyahı 121 nəfərə qədər artıb.

Siyahıya adları "Tərtər işi" üzrə keçən iki nəfər - Seymur Həsənov və Vaqif Əliyev, Gəncə hadisələrində ittiham olunan yeddi nəfər: Fürudin Zeynalov, Rasim Mustafayev, Akif Əliyev, Ceyhun Qurbanov, Ceyhun Salahov, Cəfər Zalov, Mahir Əzizov və Müsəlman Birliyi Hərəkatının üzvü Vüqar Hacıyev əlavə edilib.

"Azərbaycanda siyasi məhbuslarla bağlı problem həll edilmir, onların sıraları mütəmadi olaraq genişlənir. Avropa Şurasının üzvü olan kiçik ölkə üçün 120 - dən artıq siyasi məhbus böyük rəqəmdir," Həsənov bildirib.

Öz növbəsində, rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını bildirir. Dövlət rəsmiləri ölkədə fundamental azadlıqların tam təmin edildyini, siyasi iradəsinə görə insanların təqib olunmadığını bəyan edir.

Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyətdədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG