Accessibility links

Hüseyn Paşayi: Tramp İran siyasətində qazandığı uğurla seçkilərə gedəcək


Hüseyn Paşayi
Hüseyn Paşayi

Keçən ilin may ayında ABŞ-ın İranla nüvə sazişindən çıxmasından bəri iki ölkə arasında artmağa başlayan gərginlik davam edir. Lakin Hüseyn Paşayinin dediklərinə görə, hazırda ABŞ və İran münasibətlərində bir qeyri-müəyyənlik də mövcuddur.

Hüseyn Paşayi Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:12:54 0:00

Politoloq Amerikanın Səsi ilə söhbətdə deyir ki, hazırda hər iki ölkədə seçkilərin yaxınlaşması səbəbi ilə əsas diqqət daxili siyasət üzərində cəmləşib.

İndiki qeyri-müəyyənliyi nə İslam Respublikası istəyirdi nə də Amerika. Amma, ən azından bugün Tramp deyə bilir ki, İran artıq Obama dönəmində olduğu qədər qüdrətli bir rejim deyil.


“İndiki qeyri-müəyyənliyi nə İslam Respublikası istəyirdi nə də Amerika. Amma, ən azından bugün Tramp deyə bilir ki, İran artıq Obama dönəmində olduğu qədər qüdrətli bir rejim deyil... Həqiqətən də İran İslam Respublikası artıq Obama dövründə etdiyi qədər Yaxın Şərqdə at çapdıra bilmir,” Hüseyn Paşayı ifadə edir.

Bəzi təhlilçilər prezident Tramp və Prezident Ruhani arasında bu yaxınlarda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində görüş keçirilə biləcəyindən bəhs edirlər.

Paşayi belə bir görüşün baş tutacağını ehtimal etmir: “Bu xüsusda hər iki tərəfdə ziddiyyətli açıqlamalar verilir. Mən oxudum ki, Ruhani və Zərif belə bir görüş üçün Xameneyinin razılığını almağa çalışırlar. Mənim fikrimcə, [Xameneyi və ona yaxın qüvvələr] Həsən Ruhani hökümətinə belə bir fürsəti vermək istəmirlər.”

ABŞ-ın etirazına baxmayaraq Cəbəllütariq rəsmiləri saxlanılmış İran tankerini sərbəst buraxdılar. İranla Qərb arasında gərginliklər nəqliyyat gəmilərinin saxlanması ilə müşayiət olunur.
ABŞ-ın etirazına baxmayaraq Cəbəllütariq rəsmiləri saxlanılmış İran tankerini sərbəst buraxdılar. İranla Qərb arasında gərginliklər nəqliyyat gəmilərinin saxlanması ilə müşayiət olunur.

Onun dediklərinə görə, İranda 'ali ruhani lider'ə yaxın çevrələr gələcək prezident seçkilərində höküməti ələ almağa çalışırlar:

"Onların baxışı budur ki, ilk dəfə olaraq İslam İnqilabından sonra İran və Amerika preizdentləri görüşəcəksə, bu Ruhani dönəmində deyil, onların hakimiyyətdə olduğu zaman olmalıdır. Buna görə də, mənim fikrimə görə, Ruhani və Tramp arasında bir görüşün olması qeyri-mümkün görünür.”

Amerikanın rəsmilər İranda rejim dəyişikliyindən söz etməmişdilər. Onlar İranın beynəlxalq ictimaiyyətdə normal bir ölkə kimi davranmasını istəyirdilər. Sanksiyalardan sonra artıq İranın keçmişdə olduğu kimi bölgədə fəaliyyət azadlığı yoxdur.

Paşayi İran-ABŞ münasibətlərində hazırkı qeyri-müəyyən vəziyyətin də iki ölkənin daxili siyasəti ilə əlaqədar olduğunu önə çəkir.

“Bu qeyri-müəyyənlik ya bərzəx durumuna gəlincə, indi hər iki tərəf seçkilərə gedir. Buna görə, iki ölkədə də daxili məsələlər üzərində fokuslanmaq istəyirlər,” şərhçi söyləyir.

Keçən günlərdə prezident Trampın milli təhlükəsizlik müşaviri Con Boltonun vəzifəsindən kənarlaşdırıldığına diqqət çəkən Hüseyn Paşayir deyir ki, “Tramp keçən seçkilrdə savaşa yox şüarları ilə gəlmişdi. Əfqanistan və Orta Doğudan Amerikanın əsgərlərini ger çəkməyi vəd etmişdi. İndi də seçkilərə yaxınlaşarkən Con Bolton kimi savaş tərəfdarı olan birini ağ evdə tutmaq istəmədi. Daha doğrusu daxili saiyasətə fokuslanmaq bu qeyri-müəyyənliyin həm səbəbidir həm də nəticəsi.”

“Amerikanın rəsmilər İranda rejim dəyişikliyindən söz etməmişdilər. Onlar İranın beynəlxalq ictimaiyyətdə normal bir ölkə kimi davranmasını istəyirdilər... Sanksiyalardan sonra artıq İranın keçmişdə olduğu kimi bölgədə fəaliyyət azadlığı yoxdur. Ölkənin iqtisadi durumu yaxşı deyil. Neft ixracatı o qədər azalıb ki, İranın dövlət məmurlarına belə maaş ödəməkdə çətinlik çəkdiyini görə bilirik,” Paşayi əlavə edir.

XS
SM
MD
LG