Accessibility links

Hüsnü Mübarək 3 il həbs cəzasına məhkum edilib [Fotoqalereya]


Misir məhkəməsi hakimiyyətdən qovulmuş Hüsnü Mübarəki ictimai vəsaiti mənimsəməkdə təqsirli bilərək, üç il həbs cəzasına məhkum edib.

Məhkəmənin eyni ittihamlarla Mübarəkin iki oğlunu dörd il həbs cəzasına məhkum etməsini sabiq prezident dəmir barmaqlıqlar arasından izləyib.

Hüsnü Mübarək hakimiyyətdən 2011-ci ildə Yaxın Şərqi bürümüş Ərəb Baharı adı ilə tanınan silsilə inqilabların b başladığı zaman devrilib.

O zamandan bəri Misir demokratik seçkilər keçirib, lakin sonra hərbi qüvvələr yeni seçilmiş prezident Məhəmməd Mursinin hakimiyyətdən devrilməsinə yardım etdib. Buna səbəb bir çox misirlinin Mursinin yeni Misir konstitusiyasının islamçı qanunlara əsaslanması olub.

Bu yaxınlarda məhkəmə Mübarəkin partiyasının üzvlərinin gələcəkdə keçiriləcək seçkilərdə iştirakını qadağan edib.

Aprelin 6-ı 2011-ci ildə Mübarəki hakimiyyətdən devirməyə yardım edən demokratik hərəkatın üzvlərinin də seçkilərdə iştirak etməsi qadağan edilib.
XS
SM
MD
LG