Accessibility links

Həşəratlı dondurma


Həşəratlı dondurma
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Həşəratlı dondurma

Son zamanlar tərkibində bol zülal olan qarışqa və çəyirtkə kimi həşəratların xeyri barədə çox eşidirik. Lakin həşəratlı dondurma barədə necə? Cənubi Afrikadakı bir şirkət tərkibində həşərat olan şirniyyat istehsal edir.

Adi dondurma kimi görünsə də, bu dondurmanın tərkibində xüsusi inqridient - milçək sürfəsi var. Sürfə Cənubi Afrkanın heyvanlar üçün yem istehsal edən şirkətində hazırlanır. Keyptaunun dondurma istehsal edən “Gourmet Grubb” şirkəti bol zülallı sürfənin insana xeyri olduğunu deyir.

Bu dondurma hazırlayan cihazda kakao, bal və sürfə qarışdırılır. “Gourmet Grubb” şirkətindən Lia Bessa: “Həşəratlar ekoloji cəhətdən təmiz və kənd təsərrüfatı üçün səmərəlidır. Çünki onları yetişdirmək üçün yerdən, sudan və yemdən daha az istifadə edilir. Onlara iqlim dəyişikliyi təsir etmir və onları nəzarətdə saxlamaq asandır.”

Keyptaundakı ticarət mərkəzində bir neçə nəfər qeyri-adi dondurmanın dadına baxmaq qərarına gəlib. Müştərilərdən biri “Bu, orqanik dadlıdır, buna vegetarian dondurması demək olar. Yəni qeyri-adi bir şey yoxdur” deyir.

“Dadı çox yaxşıdır. Dondurma dadır. Bir az fərqlidir, daha orqanikdir. Xoşuma gəldi” - deyə, Piter Rudt adlı digər müştəri bildirir.

Böcəklər üzrə mütəxəssis Mayk Piker milçək sürfəsinin bol zülallı olduğunu desə də, onun yeməli olub-olmadığına əmin deyil. “Problem mədəniyyətdədir. Yəni bunun yeməli olduğunu insanlara çatdırmaqdır. Şəxsən mən dondurma və ya süd məhsullarına sürfə qatılmasını istəmərəm. Ərzaqa qatmaq üçün başqa alternativlər var.”

Lakin “Gourmet Grubb” şirkəti hazırladığı dondurmanın dünya boyu insanların həşəratlı yeməklərə alışmasına yardım etdiyini bildirir. Tomas Bartiman: “Bir çox insan həşərat yeməklə bağlı mental baryerlə qarşılaşır. Lakin həşəratlı dondurma əsasən də qərblilər olmaqla, bu baryerin qaldırılmasına yardım edir.”

Bu da həşəratlı yeməyə alışmaqdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG