Accessibility links

Həşəratlar təhlükə qarşısındadır


Həşəratlar təhlükə qarşısındadır
please wait

No media source currently available

0:00 0:02:41 0:00

Şübhəsiz ki, həşəratlar planetdə ən müvəffəq varlıqlardır. Ən çox - 1.5 milyon növü olan həşəratlar dünyanın hər yerində, Antarktidada belə yaşayır. Buna baxmayaraq onlar da təhlükə qarşısındadır.

Həşəratlar planetin canına çöküb. Onlar planetin ən çoxsaylı varlıqlarıdır və müxtəlif heyvanlar üçün qıdadır. "Xerces Society"dən Skot Blak: "Quşların 90 faizdən çoxu həşərat yeyir. Balıqların demək olar ki, hamısına həşərat lazımdır."

Həşəratlar dünya boyu qida məhsulları yetişdirən torpaqların dörddə üç hissəsinin tozlandırılmasında mühüm rol oynayır və bütün ölmüş cəsədlərin parçalanmasına yardım edir. Lakin "Xerces Society"nin açıqladığı son məlumatda dünya boyu həşəratların təhlükə qarşısında olduğu deyilir. Skot Blak: “Üzərində araşdırmalar aparılan qrupların çoxunda azalma hallarını indi görməyə başlamışıq."

"Xerces Society"nin rəhbəri Skot Blakın dediyinə görə, dünya boyu həşəratlar yaşadıqları ərazilərin azalması, pestisidlərdən istifadə və iqlim dəyişikliyi səbəbindən əziyyət çəkir. “Təsəvvür edin, sizin yaşamaq üçün yeriniz kifayət qədər deyil, ətraf mühit zəhərlidir və hazırda iqlim dəyişikliyinin səbəb olduğu kimi bahar vaxtından tez gəlir və bundan sonra qar yağmağa başlayır. Hazırda quraqlıq da çoxalıb, yağışların da həcmi xeyli artıb" - deyə, Skot Blak bildirir.

Bütün bunlar birlikdə bəzi nadir həşərat növlərinə diqqət verilməli olduğunu önə çəkir. "Arılar, kəpənəklər... Bu böçəklər qərbdə 70-80 faiz azalıb.`

Bizim bu məlumatın bir hissəsindən xəbərimiz var, amma "Xerces Society" dünya boyu ətraf mühit problemlərinin həşəratlara təsirlərinin artdığını və problemin indi həll edilməli olduğunu bildirir. Skot Blak: “İqlim dəyişikliyi kimi heç bir iş görməmək insanların marağında deyil. Biz iqlim dəyişikliyi kimi bu problemlə də bir neçə on il yaşaya bilərik. Lakin elə bir vaxt gələcək ki, ekosistemdə baş verənlər həqiqətən də özünü gündəlik həyatda göstərməyə başlayacaq"`

Skot Blak deyir ki, pestisidlərdən istifadəni məhdudlaşdırmaq, həşəratların olduğu əraziləri genişləndirmək və iqlim dəyişikliyinin ən pis təsirlərinə qarşı mübarizəyə başlamaq lazımdır.


XS
SM
MD
LG