Accessibility links

Həbsdə olan bloger məhkəmənin ədalətli qərar qəbul etməsini istəyir


Həbsdə olan bloger Elçin Həsənzadə Ali Məhkəmədə onun kassasiya şikayətinə baxılması ərəfəsində Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək işə ədalətli baxılmasının təmin edilməsini xahiş edib.

O, korrupsiyanı ifşa etdiyinə görə əziyyət çəkməsi barədə müraciətinin dövlət başçısına, beynəlxalq qurumlara və mediaya çatdırılmasını KİV-dən xahiş edib.

"Dövlət başçısı özü medianı korrupsiyanı ifşa etməyə və korrupsiyaya qarşı mübarizədə ona yardım etməyə çağırıb. Mən korrupsiya hallarını çəkib göstərdim və buna görə həbs etdilər. Mən materialmda "iribuynuzlu məmur" yazmışdım ki, buna görə məni 8 ay müddətinə azadlıqdan məhrum etdilər," o bildirib.

Həsənzadə hesab edir ki, həbsinin arxasında tənqid etdiyi Mingəçevir şəhərinin rəhbərliyi dayanır.

Xatırladaq ki, bu il martın 2-də Şəki Apellyasiya Məhkəməsi bloger və fəallar Elçin Həsənzadəni və İbrahim Türksoyu böhtan və təhqir ittihamı ilə 8 ay müddətinə azadlıqdan məhrum edib.

Xüsusi cinayət ittihamı qaydasında iddianı Mingəçevir şəhər Mənzil-İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayev irəli sürüb. O, Həsənovun Cinayət Məcəlləsinin 147.1 (böhtan) (böhtan) və 148-ci (təhqir) maddələrilə cəlb olunmasını tələb edib. İddianın səbəbi sosial şəbəkələrdə məmur haqqında tənqidi nəşrlərdir.

Bundan öncə Mingəçevir Məhkəməsi onların barəsində islah işlərilə bağlı hökm çıxarıb. Blogerlər hökmdən şikayət veriblər, lakin Apellyasiya Məhkəməsi cəzanı real həbs müddətilə əvəz edib.

Elçin Həsənzadə həmçinin hüquq-müdafiə fəaliyyətilə məşğul olub, əvvəllər Sumqayıtda nəşr olunan "Yüksəliş naminə" qəzetinin redaktor müavini olub.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG