Accessibility links

Həbsdə olan blogerin səhhəti pisləşib


Elçin Həsənzadə
Elçin Həsənzadə

Həbsdə olan bloger Elçin Həsənzadənin səhhətində ciddi problemlər yaranıb. Bolgerin böyrəyində və ürək nahiyyəsində ağrılar başlayıb.

Bu barədə Elçin Həsənzadənin həyat yoldaşı Leyla Həsənzadə Amerikanın Səsinə müsahibəsində bildirib.

please wait

No media source currently available

0:00 0:01:17 0:00

Onun sözlərinə görə, gələn həftə həyat yoldaşı həbsxanadan Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürüləcək.

“Elçinin uşaqlıqdan ürək qüsuru var. O dərmanlarla yaşayır,” Leyla Həsənzadə qeyd edib.

Penitensiar Xidmətdən blogerin səhhəti ilə bağlı hələ münasibət almaq mümkün olmayıb.

Bu il martın 2-də Şəki Apellyasiya Məhkəməsi hakim Rəfael Əliyevin sədrliyi ilə blogerlər Elçin Həsənzadə və İbrahim Türksoyu 8 ay həbsə məhkum edib. Hər iki bloger məhkəmə zalında həbs edilib.

Blogerlər barəsində 2020-ci ilin iyununda Mingəcevir şəhər Mənzil İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayev xüsusi ittiham qaydasında iddia qaldırıb. 2020-ci il noyabrın 16-da Mingəçevir Şəhər Məhkəməsi hakim Hüseyn Mirzəliyevin sədrliyi ilə Elçin Həsənzadə və İbrahim Türksoyun Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə 1 il islah işlərinə məhkum edilməsi barədə hökm çıxarıb.

Hər iki bloger məhkəmənin hökmünü sifarişli hesab edib və tənqidi fikirlərinin boğulmasına yönəldildiyini bildirib.

Blogerlər və qarşı tərəf məhkəmənin hökmündən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi hər iki blogeri həbsə məhkum edib.

XS
SM
MD
LG