Accessibility links

Həbsdə olan blogerin səhhətində ciddi problemlərin olduğu deyilir


Həbsdə olan bloger Elçin Həsənzadənin Penitensiar Xidmətin müalicə müəssisəsində müayinəsi zamanı səhhətində ciddi problemlər aşkarlanıb.

Bu barədə Amerikanın Səsinə onun yaxınları bildiriblər.

"Həkimlər aorta-koronar damarların daralması diaqnozu qoyublar ki, bu da Elçinin sağlamlığı üçün təhlükəli ola bilər. Bundan əlavə, onda bağırsaq çatı və böyrək xəstəliyi aşkar edilib."

Məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Xatırladaq ki, bu il martın 2-də Şəki Apellyasiya Məhkəməsi bloger və fəallar Elçin Həsənzadə və İbrahim Türksoyu böhtan və təhqir ittihamı ilə 8 ay müddətinə azadlıqdan məhrum edib.

Xüsusi cinayət ittihamı qaydasında iddianı şəhər Mənzil-İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayev irəli sürüb və Həsənovun Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148 (təhqir) maddələrilə cəlb olunmasını tələb edib. İddiaya sosial şəbəkələrdə məmur haqda tənqidi yazılar səbəb olub.

Bundan öncə Mingəçevir məhkəməsi onların hər ikisini islah işlərinə məhkum edib, blogerlər hökmdən şikayət veriblər, lakin Apellyasiya Məhkəməsi cəzanı real həbs müddətilə əvəzləyərək, onları azadlıqdan məhrum edib.

Həsənzadə hüquq-müdafiə fəaliyyəti ilə də məşğul olub, əvvəllər Sumqayıtda nəşr olunan "Yüksəliş naminə" qəzetinin redaktor müavini olub.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG