Accessibility links

Həbsdə olan hüquqşünas aclığı dayandırıb


Əliabbas Rüstəmov
Əliabbas Rüstəmov

Həbsdə olan hüquqşünas Əliabbas Rüstəmov 11 gün davam edən aclıq aksiyasını dayandırıb.

Bu barədə jurnalist Şahvələd Çobanoğlu məlumat verib.

Onun sözlərinə görə, avqustun 9-da Əliabbas Rüstəmov ona telefon edərək bildirib ki, çoxsaylı müraciətləri nəzərə alaraq aclığı dayandırıb. Eyni zamanda onun şərti azadlığa buraxılması ilə bağlı avqustun 7-nə təyin edilmiş məhkəmə iclasının oktyabra keçirilməsini növbəti ədalətsizlik adlandırıb.

"Əliabbas özünü girov sayır. O, haqsızlığa qarşı həmişə mübariz olacağını bildirib və ona dəstək verənlərə təşəkkürünü çatdırıb," Çobanoğlu qeyd edib.

Öz növbəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib ki, aclıq etmək hər məhbusun haqqıdır və o, hər hansı səbəblə bağlı belə tədbirə əl atırsa, bu barədə rəsmi olaraq saxlandığı müəssisənin rəhbərliyinə müraciət etməlidir. "Belə olan halda o, digər məhbuslardan təcrid olunur və onun sağlamlığı ilə bağlı vəziyyətinə nəzarət olunur."

Lakin Mehman Sadıqovv Əliabbas Rüstəmovun aclıq aksiyası keçirib-keçirməməsi və bununla bağlı lazımı müraciəti edib-etməməsi ilə bağlı konkret heç nə deməyib.

Əliabbas Rüstəmov 2014-cü il iyunun 28-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 312.2 (rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hüquqşünas irəli sürülən maddələrlə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib. 2017-ci ilin iyulunda Ali Məhkəmə Əliabbas Rüstəmovun cəzasını 7 ildən 6 ilə endirib.

Hüquqşünas ittihamın qurama olduğunu bildirir və onu rədd edir. Hüquq müdafiəçiləri onu "siyasi məhbus" kimi tanıyıb.

Əliabbas Rüstəmov əvvəllər Vəkillər Kollegiyasının üzvü olub.

Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir. Ölkədə bütün insanların qanun qarşısında bərabər olduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG