Accessibility links

Həbsdə olan hüquq müdafiəçisinin səhhətinin pisləşdiyi bildirilir


Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan hüquq müdafiəçisi və jurnalist Elçin Məmmədovun vəziyyəti kəskin şəkildə pisləşib.

Bu barədə onun anası Rəhilə Məmmədli bildirib.

Onun sözlərinə görə, oğlu müalicə edilmədiyi üçün bazar günü axşam huşunu itirib.

“Oğlum hepatit C xəstəsi idi, həbsindən sonra isə sağlamlığı tamamilə korlanıb. O, Şüvəlan İstintaq Təcridxanasında antisanitar şəraitdə saxlanılıb. Həbsdə onun vena varikozu və prostat problemi yaranıb, amma o, həbsxananın müalicə müəssisəsinə köçürülməyib,” Rəhilə Məmmədli bildirib.

Azərbaycan Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvü Səadət Bənənyarlı bildirib ki, bu gün 16 saylı cəzaçəkmə müəssisəsi ilə əlaqə saxlayıb.

Onun sözlərinə görə, hazırda Məmmədov sanitariya hissəsindədir və vəziyyəti normallaşıb. Onun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi məsələsinə baxılır - deyə, o qeyd edib.

Penitensiar Xidmətdəm məlumatla bağlı şərh almaq mümkün olmayıb.

2020-ci il oktyabrın 17-də Sumqayıt Şəhər Məhkəməsi Elçin Məmmədovu “oğurluqda” və “qanunsuz döyüş sursatı və silah saxlamaqda” təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edib.

Hüquq müdafiəçisi 2020-ci ilin martında həbs edilib. Ondan hüquqi yardım göstərdiyi qadın şikayət edib. Bu qadın daha əvvəl criminal.az saytının redaktoru Anar Məmmədovdan da şikayət etmişdi.

Məmməd cinayət işini hüquq müdafiə fəaliyyəti ilə əlaqələndirir. Amnesty İnternational, PEN, FİACAT və digər beynəlxalq təşkilatlar Məmmədin həbsini pisləyiblər. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Şərhlərə bax

XS
SM
MD
LG