Accessibility links

Həbsdə olan jurnalist aclığı dayandırıb


Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan xeberman.com saytının redaktoru Polad Aslanov iyulun 12-də başladığı aclıq aksiyasını bazar günü dayandırıb.

Bu barədə jurnalistin həyat yoldaşı Gülmira Aslanova bildirib.

Onun sözlərinə görə, aksiya Polada qarşı təzyiqə son qoyulması ilə əlaqədar dayandırılıb.

O qeyd edib ki, cərimə kamerasında Poladın yanına iki məhbus yerləşdirilib, onlar Aslanova təzyiq göstərirdilər. Onlar cərimə kamerasından çıxarıldıqdan sonra Polada qarşı təzyiqə son qoyulub.

Gülmira Aslanovanın sözlərinə görə, aksiya boyunca həyat yoldaşına yalnız Qırmızı Xaç Komitəsinin nümayəndələri baş çəkib.

Bir müddət əvvəl Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Aslanovun aclıq etməsi, ona qarşı təzyiq olması haqqında məlumatın həqiqətə uyğun olmadığını bildiriblər.

Aslanov 2019-cu il noyabrın 16-da İranın xeyrinə casusluq etməklə dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamı qəbul etmir, hüquq-mühafizə orqanlarında korrupsiya haqqında materiallar dərc etdiyinə görə cəzalandırıldığını bildirir.

“Sərhədsiz Reportyorlar” təşkilatı və digər hüquq müdafiə qurumları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG