Accessibility links

Həbsdə olan jurnalist aclığa başlayıb


Həbsdə aclıq aksiyası keçirən realliq.info saytının redaktoru İkram Rəhimov cərimə təcridxanasına salınıb. Bu barədə Rəhimovun ailəsi məlumat verib.

Mənbənin məlumatına görə, aclıq etməsi ilə əlaqədar jurnalistin səhhəti pisləşib.

Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub və həbs edilib. Həbsindən əvvəl Rəhimov prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib edildiyini bəyan edib. O, məhkəmədə bunu təkrar edib.

İyunun 12-də məhkəmə jurnaisti 5,5 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Rəhimovun işi üzrə ilkin baxış olub. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı keçirilməsini istəyib. Vəkil hesab edir ki, birinci instansiya məhkəməsinə verdikləri ifadələr saxtalaşdırıldığına görə şahidlər və zərərçəkmişlər yenidən dindirilməlidir.

Vəkil həmçinin Rəhimovun telefon danışıqlarının audioyazılarının təkrar ekspertizasını təyin etməyi xahiş edib. Amma vəsatətlər təmin edilməyib və növbəti iclas avqustun 21-nə təyin edilib. Etiraz əlaməti olaraq Rəhimov məhkəmə zalında aclıq aksiyasına başladığını bəyan edib.

Penitensiar Xidmət jurnalistin cərimə təcridxanasına salınması ilə bağlı məlumata hələ münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG