Accessibility links

Həbsdə olan keçmiş səfirin vəkilləri Azərbaycan prezidentinə müraciət edib


Eldar Həsənov

İstintaq tədricxanasında saxlanılan Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənovun vəkilləri Cəlil Mirzəyev, Valeh Mehraliyev, Adəm Məmmədov, Cavad Cavadov media vasitəsi ilə prezident İlham Əliyevə müraciət edib. Müraciət Həsənovun səhhətinin ciddi formada ağırlaşması və həyatı üçün təhlükə yaranması ilə əlaqədar təcili tibbi müdaxilənin aparılmasının vacibliyi haqqındadır.

Vəkillər ümid edir ki, müraciətləri nəzərə alınacaq.

“Artıq iki aya yaxındır ki, müayinə və tibbi yardım üçün müxtəlif xəstəxanalardan ixtisaslaşmış həkimlərin Eldar Həsənovun saxlanıldığı istintaq təcridxanasına dəvət olunması barədə verilmiş vəsatətlərə, müraciətlərə Baş Prokurorluğun istintaq qrupu tərəfindən konstitusiyaya, humanizm prinsiplərinə, beynəlxalq hüququn normalarına zidd olaraq icazə verilmir. Həmçinin son 6 ay ərzində dəfələrlə Həsənovun həbs qətimkan tədbirinin dəyişməklə Bakı şəhərində ixtisaslaşmış xəstəxanalarda cərrahi əməliyyatlar keçirilməsinə dair verilmis vəsatətlər, şikayətlərə heç bir qanuni əsaslar gətirilmədən rədd edilərək icazə verilməyib.

Son 6 ildə 7 ağır cərrahi əməliyyatlar keçirən, hazırda onurğa problemlərindən iflic ərəfəsində olan, dəhşətli ağrılar keçirən, davamlı ürək ağrıları ilə müşaiyət olunan, şəkərli diabet, xüsusi risk qrupuna aid olan 66 yaşlı Edar Həsənov prokurorluğun istintaq qrupunun ona qarşı digər qanunsuqlarla yanaşı bu cür qeyri-insani münasibətini onun səhhətinə, sağlamlığına, yaşamaq hüququna yönəlmiş bir qəsd kimi qimətləndiririk,” sənəddə qeyd edilir.

Vəkillər hazırda keçmiş səfirin qəbul etiyi 20 dərman pereparatının adını sadlayıb.

Müracitədə deyilir ki, Eldar Həsənov ona elan olunmuş ittihamları həbsinin ilk günündən qətiyyən qəbul etmir, onları əsassız və qərəzli hesab edir.

“Eldar Həsənovun səhhətində mövcud real həyatı üçün təhlükəli durumla bağlı təcili tibbi müdaxilə edilməsinə və bu əsaslarla həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün mümkün olan köməklik etməyinizi xahiş edirik,” müraciətdə qeyd edilir.

Baş Prokurorluğun Mətbuat Ximdətindən Amerikanın Səsinə bildiriblər ki, cinayat işi uzrə cinayət-prosessual qanunvericiliyin tələbələrinə uyğun olaraq tam obyektiv va hərtərəfli istintaq aparılır.

Mətbuat Xidməti həmçinin bundan bir neşə gün öncə Amerikanın Səsinə bildirmişdi ki, müdafiə tərəfinin vəsatəti əsasında Eldar Həsənovun səhhəti barədə məhkəmə-tibb ekspertizası təyin edilib, verilən rəyə əsasən cinayət işi üzrə hal-hazırda istintaq hərəkətləri davam etdirilir.

Eldar Həsənov 2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Avqustun 14-də Bakının Səbail rayon Məhkəməsi hakim Azər Tağıyevin sədrliyi ilə Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib.

Xarici İşlər Nazirliyinin əməkdaşları barəsində DTX istintaq idarəsində istintaq edilən cinayət işindən Həsənovun barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib və hazırda istintaq orada davam etdirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 2020-ci il iyulun 3-də Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi xüsusi əməliyyatdan sonra bu nazirliyin 5 vəzifəli şəxsi saxlanılıb. Sonradan həmin şəxslərin hamısı ev dustaqlığına buraxılıb. Yalnız Eldar Həsənovun ev dustaqlığna buraxılması barədə vəsatəti təmin edilməyib.

Həsənov 2013-cü ildən 2020-ci ilədək Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri idi. O bundan öncə 2001-2013-cü illərdə Rumıniyada səfir olub. Həsənov həmçinin 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru olub.

XS
SM
MD
LG