Accessibility links

Həbsdə olan Müsavat Partiyasının fəalı aclığa başlayıb


Müsavat Partiyasının üzvü, siyasi məhbus kimi tanınan Azad Həsənov təcridxanada aclıq aksiyasına başlayıb.

Bu barədə Həsənovun vəkili Osman Kazımov məlumat yayıb.

“Bakı Apellyasiya Məhkəməsi Azad Həsənov barəsində həbsin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı verdiyim vəsatətin təmin edilməməsinə dair Xətai rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb”, vəkil Osman Kazımov bildirib.

“Azad Həsənov məhkəmədə Mehman Hüseynova dəstək və özünün yaxın qohumları ilə görüşməsinə, telefon əlaqəsinə imkan verilməməsi ilə bağlı aclıq aksiyasına başladığını elan etdi”, Kazımov deyib.

Azad Həsənov 2018-ci il oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Vilnusdan Bakıya gəlib. Ailə üzvlərinin dediyinə görə, o, sərhədi problemsiz keçib, günortaya qədər atasıyla bir yerdə olub.

Sonra özlərini polis kimi təqdim edən mülki geyimli şəxslər Həsənovu zorla avtomobilə oturdaraq qeyri-müəyyən istiqamətə aparıb.

Müsavat Partiyası fəalın saxlanılmasını pisləyən bəyanatla çıxış edib.

Azad Həsənov məhkəmədə Mehman Hüseynova dəstək və özünün yaxın qohumları ilə görüşməsinə, telefon əlaqəsinə imkan verilməməsi ilə bağlı aclıq aksiyasına başladığını elan etdi.
Vəkil Osman Kazımov

“Azad Həsənov faktiki olaraq itkin düşüb və onun həyatı təhlükədədir. Müsavat Partiyası hakimiyyətdən qisasçılıq və repressiya siyasətinin dayandırılmasını, hüquq-mühafizə orqanlarından Azad Həsənovun harada olduğu barədə dərhal məlumat verilməsini, əgər həbs edilibsə, azad olunmasını tələb edir.

Müsavat Partiyası bütün hüquq müdafiə təşkilatlarını, o cümlədən Ombudsman Aparatını Azad Həsənovun həyatına olan təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər görməyə çağırır”, sənəddə deyilir.

Müsavat Partiyasının mətbut xidməti bildirir ki, Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının fəal üzvüdür. O, 2014-cü ilin fevralından mühacirətdədir, ailəsi ilə birgə Litvada siyasi sığınacaq alıb.

Litvanın Azərbaycandakı Səfirliyi Azad Həsənovun saxlanılması ilə bağlı sorğunu şərh etməyib. Səfirliyin əməkdaşı bildirib ki, Azad Həsənovun saxlanılması barədə səfirlikdə məlumat yoxdur.

Öz növbəsində, rəsmi qurumlardan və Ombudsman Aparatından Azad Həsənovla bağlı məlumat almaq mümkün olmayıb.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG