Accessibility links

Həbsdə olan müxalifət fəalının cərimə təcridxanasına salındığı bildirilir


Əlizamin Salayev məhkəmədən aparılarkən

Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Əlizamin Salayev cərimə təcridxanasına (karser) salınıb.

Bu barədə “Müdafiə Xətti” Hüquq Müdafiə Təşkilatı məlumat yayıb

Mənbənin məlumatına görə, Salayevə əfv ərizəsi yazmaq təklif edilib. O imtina etdikdə, qalan cəza müddətini cəzaçəkmə müəssisəsində keçirəcəyi ilə hədələnib.

Daha sonra o, fiziki təzyiqə məruz qalıb və karserə salınıb.

Penitensiar Xidmət bu məlumata hələ münasibət bildirməyib.

Əlizamin Salayev 2020-ci il aprelin 20-də Salyan Rayon Məhkəməsi tərəfindən mühakimə edilib və yerli polis şöbəsinin zabitinin şikayəti əsasında “böhtan” və “təhqir” ittihamı ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İddiaya Salayevin internetdə yaydığı, polislə söhbətində 21 yaşlı yerli sakini onunla birgə yaşamağa təhrik etməkdə ittiham etdiyi videogörüntü səbəb olub.

Avqustun 6-da yerli məhkəmə onun cəzasının yarısını çəkməsi ilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılması haqqında müraciətini təmin etməyib.

Salayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG