Accessibility links

Həbsdə olan Polad Aslanov aclığı dayandırıb


Polad Aslanov
Polad Aslanov

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan xeberman.com saytının redaktoru Polad Aslanov avqustun 10-dan aclığı dayandırıb.

Bu barədə redaktorun həyat yoldaşı Gülmirə Aslanova jurnalistlərə deyib.

“Polad Aslanov bir neçə gün idi aclıq aksiyası keçirirdi. O aclıq etməklə qeyri-obyektiv istintaqa və məhkəmənin müdafiə tərəfinin vəsatətlərini rədd etməsinə etiraz edib.

Gülmirə Aslanova həyat yoldaçının hazırda həkim nəzarətində olduğunu deyib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Polad Aslanovun aclıq etməsi ilə bağlı yayılan xəbərləri Ameirkanın Səsinə nə təsdiq, nə də təkzib ediblər.

Repressiya və İşgəncələr Əleyhinə Komitə də Polad Aslanovu aclığı dayandırmağa çağırıb.

Aslanovun peşə fəaliyyətinə görə təqib olunduğuna əminliyini bildirən komitə onu səhhətindəki problemlərə görə aclıq aksiyasına son qoymağa çağırıb.

Polad Aslanov 2019-cu il iyunun 12-də saxlanılıb və 4 ay müddətinə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır.

O, İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq üçün digər jurnalistləri cəlb etməkdə ittiham olunur.

Ötən ilin dekabrında ona qarşı Cinayət Məcəlləsinin 134-cü maddəsi (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) ilə daha bir ittiham irəli sürülüb.

Lakin fevralın 10-da bu maddə üzrə zərərçəkmiş şəxs kimi tanınan Dəyanət Babayev şikayətdən imtina edib.

XS
SM
MD
LG