Birləşmiş Ştatlar konstitusiyasında hər kəsin, hətta məhbusların belə öz dinlərinə ibadət etmək haqqı olduğu deyilir. Amerikada dini qurumlar və dini təşkilatlar həbsxanalardakı məhbuslara ibadət xidmətlərində yardım edir. Virciniya ştatının Arlinqton mahalındakı həbsxana cümə namazı və digər dini fəaliyyətlərdə müsəlman məhbuslara yardım üçün Şimali Amerika İslam Cəmiyyəti təşkilatı ilə birgə işləyir.
Bura Virciniya ştatının Arlinqton mahalı həbsxanasıdır. Səid və digər dindar məhbuslar buraya ibadətə toplaşır. “Burada başqa proqramlar yoxdur. Biz yalnız cümə günləri buraya toplaşıb ibadət edirik və bu bizim həftəmizi daha yaxşı edir” - deyə, Səid bildirir.
Səid buiraya ibadətə gələn 33 nəfərdən birdir. Həbsxana rəsmilərinin dediyinə görə, buradakı məhbusların çoxu xırda cinayətlər törədənlərdir. Qadın məhbud: “Bu mənə həyatımda yaxşı və düzgün yol seçməyə yardım edir.”
Proqramın meneceri Kristin Keyn düzgün dua etmək üçün bu mərkəzə müsəlman ruhani gərək olduğu üçün o, İslam Mərkəzinə müraciət etməli olduğunu deyir.
Arlinqton həbsxanasından Kristin Keyn: “Mən yaxınlıqdakı Beytül-Mükərrəm məscidinə müraciət etdim və cənab Əhməd buradakı müsəlman məhbusların dini ritualları düzgün yerinə yetirmələrinə yardım üçün könüllülər göndərməyə başladı. Onlar üzləri ilə dini materiallar da gətirirlər.”
Şimali Amerika İslam Cəmiyyəti “Müsəlman məhbuslara yardım" layihəsini 2017-ci ildən, bu müraciətdən sonra başladı. O vaxtdan bəri layihə genişlənməkdə davam edir və artıq könüllülər cümə namazı və İslamla bağlı tədris proqramı ilə Birləşmiş Ştatlar boyu 12 həbsxanaa yardım edir. Şimali Amerika İslam Cəmiyyəti-ndən Safat Əhməd: “Müsəlman məhbuslara yardım layihəsi”nin məqsədi Birləşmiş Ştatlardakı müsəlman məhbuslara İslam dininin əsas məqamlarını, ibadəti öyrətmək, onları təchizatla təmin etməkdir. Biz onlara həmçinin müsəlman vəkillər tapmaq kimi işlərdə də yardım edirik.”
Arlinqton mahalı həbsxanasındakı məhbus Şon Dayson İslam dinini bir il əvvəl qəbul edib. “Müsəlman olmağın mənə yardımı oldu. Mən hər büşinci gün cümə namazına gedir, İslanm haqda matetriallar alır, bu din haqda çox şey öyrənirəm.”
Könüllülər bu proqramda iştirak etdikləri üçün qürur hissi duyduqlarını deyir. Könümmü Rakibul Məzumdər: “Mən əvvəllər də bəzi xütbələri etmişdim. Lakin bu proqramın nə dərəcədə vacib olduğunu bildmirdim. Xütbə vermək, icmalar arasında təmas yaratmaq və onlara yardım etməyi səbirsizliklə gözləyirəm."
Arlinqton həsxanası keçən il Ramazan bayramında yüzə qədər məhbusun iştirak etdiyini bildirib. Məhbuslar və təşkilatçıları bu lahiyənin Birləşmiş Ştatlar boyu daha da genişlənəcəyinə ümid edir.