Accessibility links

Həbsxanada 134 gündür aclıq edən jurnalistin səhhəti ağır olaraq qalır


Əfqan Sadıqov Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən qəbul olunub, 25 yanvar 2021
Əfqan Sadıqov Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən qəbul olunub, 25 yanvar 2021

“Həbsxanada 134 gündür aclıq edən Azel.TV saytının rəhbəri Əfqan Sadıqovun səhhəti həddindən artıq ağırdır. O Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinin reanimasiya şöbəsində saxlanılır. Əfqanın ölümünün qarşısını süni qidalandrıma və bədəninə sistem yeritməklə alırlar.”

Bu barədə jurnalistlə görüşdən sonra onun həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə deyib.

Sevinc Sadıqova deyib ki, süni qidalandırma Əfqanın səhhətinə mənfi fəsadlar yaratdğından bir neçə gündən sonra dayadırılır və sonra yenidən bərpa edilir.

“Süni qidalandırma burnu vasitəsi ilə edildiyindən çox mənfi fəsadlar yaradır. Bu səbəbdən iki-üç gündən sonra dayandırılır və 10-15 gündən sonra yenidən aparılır.”

Onun sözlərinə görə, xahişlərinə baxmayaraq jurnalist aclığı dayandırmır.

“O deyir ki, ya bəraət alaraq ədaləti bərpa edəcək, ya da həbsxana divarları arasında ölərək oranı tərk edəcək. Əfqan artıq müqavimətini, hissiyatını itirib. Aclığının 80-cı günündə komaya düşdü, ayıldısa, bu dəfə komaya düşsə ayılmayacaq. Onun hazırda quru nəfəsi gedib-gəlir. Sistem dayandırılarsa həmin an vəfat edəcək,” Sadıqova qeyd edib.

Onun deditinə görə, Sadıqov reanimasiya şöbəsində çox ağır xəstələrlə, hepatit, AİDS daşıyıcıları ilə birgə saxlanılır.

Penitensiar Xidmətdən Əfqan Sadıqovun sağlamlıq durumu ilə bağlı məlumat almaq mümkün olmayıb.

Yanvarın 25-də Ombudsmanın (İnsan Hüquqları üzrə Müvəkkil) tapşırığı əsasında Sadıqovla görüşən Milli Preventiv Qrupun (MPQ) üzvü Vüqar Heydərov Amerikanın Səsinə bildirib ki, jurnalist çox zəifləmiş durumdadır.

Ombudsman Aparatı rəsmi internet saytında jurnalistin fotosunu yayıb. Sadıqov həbsdən əvvəlki fotoları ilə müqayisədə həddən artıq çəki itirib.

Əfqan Sadıqov 2020-ci il mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib. Jurnalist məhkəmənin hökmünə etiraz olaraq aclığa başladığını elan edib.

2021-ci il yanvarın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi Əfqan Sadıqov barəsində verilən hökmü qismən dəyişib, 7 il həbs cəzasını 6 ilə endirib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur,” jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir.

Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG