Accessibility links

Zəvvarlar Ərafat dağını ciddi təlimatlara riayət edərək ziyarət edib


Maskalı zəvvarlar Səudiyyə Ərəbistanının Məkkədə illik Həcc ziyarətinin ən vacib günündə dua və tövbə etmək üçün İslamın ən müqəddəs yerinin yaxınlığındakı Ərafat dağına gedib.

Təxminən 1400 il əvvəl Məhəmməd Peyğəmbərin son xütbəsini söylədiyi Ərəfat dağına keçən il dünyanın hər yerindən 2.5 milyon müsəlmanın toplaşdığı halda, koronavirus pandemiyası bu il Həcc ziyarətinin dini rituallarınınb yerinə yetirilməsini məhdudlaşdırıb.

Səudiyyə Ərəbistanı xaricdən gələn insanların Həcc ziyarətinə qadağa qoyduğu üçün zəvvarların sayı məhdudlaşdırılıb. Hökumət bu il ziyarətə gedənlərin sayı ilə bağlı son rəqəmləri açıqlamayıb. Ziyarətə yalnız Səudiyyə vətəndaşları və ölkədəki xarici vətəndaşlara icazə veriləcəyini, sayın minlə 10 min arasında olacağını deyib.

Bundan əvvəlki illlərdə minlərlə ağ paltarlı zəvvar mərhəmət təpəsi kimi tanınan Ərafat dağına sübhdən əvvəl toplaşaraq, orada axşama qədər ibadət edərdi. Göz yaşı içərisində, əlləri qaldıraraq dua edən zəvvarları Məhəmməd Peyğəmbərin müsəlmanları bərabərliyə və birliyə çağırdığı qayalı təpənin yamaclarında görmək adi hal idi.

Bu il isə COVID-19 pandemiyasına görə müayinələrdən keçən və Həccdən əvvəl karantində saxlanan zəvvarlar Ərafat dağına cümə axşamı günortadan sonra avtobusla aparılıb. Zəvvarlar müqəddəs dağı sosial məsafə kimi ciddi təlimatlara riayət edərək, 20 nəfərlik kiçik qruplarla ziyarət edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG