Accessibility links

Həkim: Trampın xəstəxana ziyarəti adi yoxlama prosedurudur


Ağ Ev bazar ertəsi ABŞ prezidenti Donald Trampın hərbi xəstəxanaya gözlənilmədən baş çəkməsi haqda yeni informasiya açıqlayıb. Bu xəbər prezidentin səhhəti ilə bağlı bəzi şübhələrin oyanmasına səbəb olub.

Trampın həkimi, ABŞ Hərbi Dəniz Qüvvələrinin Komandanı Şon Konli prezidentin bir saatdan çox müxtəlif müayinələrdən keçdiyinə dair açıqlama verib. Lakin bunların arasında nevroloji və ya ürək müayinələrinin yer almadığını bildirib.

Həkim Valter Rid Milli Hərbi Tibbi Mərkəzə (Walter Reed National Military Medical Center) bu ziyarəti Trampın il ərzində aldığı "planlaşdırılmış ilkin profilaktik yardımın bir hissəsi olan ara müayinə kimi xarakterizə edib. O, prezidentin yeni ildən sonra daha geniş bir müayindən keçəcəyini bildirib.

Trampın xəstəxana ziyarəti onun fevral ayında keçdiyi müayinədən fərqli olaraq həmin gün prezidentin Ağ Ev tərəfindən açıqlanmış planlaşdırılan fəaliyyətlər cədvəlində yer almayıb. Həkim Konli açıqlamasında bunun "cədvəldə qeyri-müəyynliklərlə" əlaqədar olduğunu yazıb.

Ağ Evin mətbuat katibi Stefani Qirsham bundan əvvəl verdiyi açıqlamada Trampın "həftəsonu proqramında boşluq olduğu və 2020-ci ilin çox məşğul olacağını gözlədiyi üçün illik müayinəsinin bir hissəsinə şənbə günündən etibarən başladığını" bildirib.

Prezident özü də bazar günü bununla bağlı tvit paylaşıb:

"İllik fiziki müayinəmin ilkin mərhələsi başladı. Hər şey çox yaxşıdır. Müayinəm gələn il tamamlanacaq.”

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG