Accessibility links

Həkimlər Saakaşvilinin həbsxanada gördüyü "işgəncə" səbəbilə sağlamlığına ziyan dəydiyini bildirir


Müstəqil həkimlərdən ibarət bir qrup sabiq Gürcüstan Prezidenti Mixeil Saakaşvilini müayinə edib və onun oktyabr ayında həbsindən bəri üzləşdiyini iddia etdiyi “işgəncə” və pis rəftar səbəbilə sağlamlığına ziyan dəydiyinə dair nəticəyə gəlib.

Həkimlər dekabrın 18-də bildirib ki, 53 yaşlı Saakaşvilidə “işgəncə, pis rəftar, qeyri-adekvat tibbi yardım və uzun aclıq aksiyası səbəbilə” bir neçə nevroloji problem əmələ gəlib.

Qrupun bir üzvü, psixiatr Məryam Cişkariani AFP xəbər agentliyinə bildirib ki, sağlamlığındakı problemlər “Saakaşvilinin həbsxanada psixoloji işgəncə görməsinin nəticəsidir və düzgün müalicə görməsə, onun əlil olmasına gətirib çıxara bilər.”

O əlavə edib ki, ona yanlış olaraq “antipsixotik dərmanlar” verilib ki, bu da “farmokoloji işgəncəyə” bərabərdir.

Yeddi həkim tərəfindən müayinəni qeyri-hökümət təşkilatı olan Empatiya Mərkəzi təşkil edib.

Saakaşvili özü ölüm təhdidləri aldığı, yuxudan məhrum edildiyini və fiziki zorakılığa məruz qaldığını bildirib.

Gürcüstan Dövlət Müfəttişliyi Saakaşviliyinin ittihamları ilə bağlı istintaq başlatdığını bildirib.

Amnesty International təşkilatı bildirib ki, Saakaşviliyə qarşı rəftarın “siyasi qisas” olduğunu bildirib, ABŞ Dövlət Departamenti isə Gürcüstan hökumətini “Saakaşviliyə ilə ədalətli və ləyaqətli şəkildə rəftar etməyə” çağırıb.

Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti vəzifəsində çalışıb. O, sürgün etdiyi Ukraynadan Gürcüstana qayıdandan qısa müddət sonra həbs olunub.

O, səlahiyyətlərindən sui-istifadə ittihamı ilə məhkum edilməsinə etiraz məqsədilə 50 günlük aclıq aksiyası keçirib. Saakaşvili ittihamların siyasi motivli olduğunu bildirib.

Onun həbsi ölkədə 2020-ci ildə keçirilən mübahisəli parlament seçkiləri səbəbilə yaranan siyasi böhrana təsadüf edib. Seçkilər Gürcüstanda son on ildə hökumət əleyhinə ən böyük etiraz aksiyalarına səbəb olub.

XS
SM
MD
LG