Accessibility links

Həmas İsrailin Qəzzada gizli əməliyyat keçirdiyini iddia edir


İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada zorakılığın baş qaldırması səbəbi ilə Parisə səfərini yarımçıq qoyaraq vətəninə qayıdıb.

Altı fələstinli və bir israilli əsgərin ölümü ilə nəticələnən qarşıdurmaya nəyin səbəb olduğu aydın deyil.

Həmas İsrailin Həmas komandirini ələ keçirmək məqsədi ilə Qəzzada gizli əməliyyat keçirdiyini iddia edir. Həmas bildirib ki, İsrail diqqəti israillilərin əməliyyatı yerinə yetirməsindən yayındırmaq məqsədi ilə raket hücumları həyata keçirib.

İsrail “xüsusi qüvvələrdən ibarət əməliyyat” adlandırılan hadisə ilə əlaqədar təfsilata varmayıb. Qəzzadan da İsrailə bir neçə raket atılıb.

Son qarşıdurma Netanyahu Həmasın idarə etdiyi regionda sabitliyə nail olmaq məqsədinin bir hissəsi kimi Qətərin əraziyə 15 milyon dollar dəyərində yardım etməsinə icazə vermək qərarını müdafiə etməsi ilə eyni vaxta təsadüf edib.

Bunun qarşılığında Həmas İsraillə sərhəddə nümayişləri dayandırmağa razılaşıb. İsrail Həması militantlarının İsrailə daxil ola bilməsi üçünbsəs-küylü nümayişlərdən istifadə etməkdə təqsirləndirir.

XS
SM
MD
LG