Accessibility links

Həmasla İsrailin qarşılıqlı hücumları nəticəsində 1 fələstinli ölüb


Həmasın nəzarət etdiyi Qəzza zolağındakı səhiyyə nazirliyi bildirib ki, şənbə İsrailin raket hücumuna cavab olaraq apardığı hava hücumları nəticəsində bir fələstinli ölüb.

Günün erkən saatlarında fələstinli anklava onlarla hücum edilib. Hücum Qəzza zolağının islamçı liderləri və müttəfiq quplarını hədəf alıb, deyə Qəzzada bir mənbə bildirib.

İsrail ordusu bildirib ki, hücumlar zamanı Həmasın bir sıra terror hədəfləri” hədəf alınıb.

Qəzzada səhiyyə nazirliyi bildirib ki, 27 yaşlı bir kişi öldürülüb. Onun hər hansı fraksiyaya mənsub olub-olmadığı bildirilməyib.

AFP-nin müxbiri deyib ki, partlayışın səsi bütöv ərazi boyu eşidilib.

Həmasın mənbəsinin məlumatına görə isə, onlar reydləri həyata keçirən İsrail təyyarəsinə atəş açıb. İsrail ordusu da Qəzzadan atəş açıldığını təsdiq edib.

Hücum cümə günü Qəzzadan İsrailin cənubuna atılan azı 10 raketə cavab olaraq həyata keçirilib.

Israil ordusu bildirib ki, ölkənin Dəmir Qübbə raket əleyhinə müdafiə sistemi raketlərdən səkkizinin qarşısını alıb.

Ordunun məlumatına görə, raketlərdən biri bir evə tuş gəlib, amma ölən olmayıb.

Cümə gününədək sentyabrın 12-dən bəri Qəzzadan raketin atıldığına dair məlumat olmayıb.

Avqust ayında isə Qəzzadan raket hücumları və İsrailin cavab atəşləri İsraildə seçkilərin keçirildiyi bir vaxt Həmasla İsrail arasında gərginliyin artacağına dair narahatlıqlara səbəb oldu.

İsraildə süntyabrın 17-də ikinci seçki keçirilib, amma hələ ki, yeni hökümət formalaşmayıb.

XS
SM
MD
LG